Icma.az
close
up
RU
Konqresmenlər Trampa qarşı: Soyqırımı tanı, Azərbaycana sanksiya tətbiq et...

Konqresmenlər Trampa qarşı: Soyqırımı tanı, Azərbaycana sanksiya tətbiq et...

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Xəbər vermişdik ki, ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "soyqırımı” sözündən istifadə etmədi. O, 1915-ci ildə baş verən hadisələri "ən dəhşətli fəlakət" adlandırdı.
Adalet.az
xəbər verir ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətmədiyi üçün hazırda   xeyli konqresmen  prezident Trampın  bunu tanımaqdan imtina etməsindən narazılıqlarını ifadə ediblər. Erməni lobbilərinə məxsus təşkilatlar bəyanat yayıblar. Amerika Erməniləri Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hambaryan bildirib ki, ABŞ Senatının və Nümayəndələr Palatasının onlarla iki partiyalı üzvü açıq bəyanatlar, ictimaiyyətlə görüşlər və sosial media paylaşımları vasitəsilə erməni soyqırımının 110-cu ildönümündə erməni xalqı və erməni-amerikan icması ilə həmrəy olduqlarını bildiriblər:"Konqresmenlər nəinki erməni soyqırımının tanınması və ədalətə sadiqliklərini təsdiqlədilər, həm də Azərbaycanın Qarabağda guya ermənilərə qarşı apardığı uydurma etnik təmizləməyə görə cavabdehlik tələb etdilər və erməni hərbi əsirlərin dərhal azad edilməsinin vacibliyini vurğuladılar. Konqresmenlərin prinsipial mövqeyi soyqırımının qarşısının alınması işini gücləndirir, Azərbaycana qarşı konkret siyasi tədbirlər və sanksiya nümayiş etdirir. Bu gün, hər zamankindən daha çox, buna ehtiyacımız var, xüsusən də Ağ Ev bu cinayəti düzgün şəkildə etiraf etməkdən geri çəkilirsə, biz də tələb etməkdən geri çəkilməməliyik".
Erməni nəşrləri yazır ki, Erməni Amerika Komitəsinin nümayəndələri hər çıxışı zamanı erməni əsilli amerikalıları komitənin siyasət prioritetləri çərçivəsində konkret addımlar atmağa çağırıblar. Ən mühüm istiqamətlər Azərbaycana hərbi yardımı tamamilə dayandırmaq üçün Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrası, eləcə də göstərilən hər cür hərbi yardımın tam qadağan edilməsi idi. Bundan başqa, Erməni Milli Komitəsi hərbi cinayətlərə görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı “Maqnitski” sanksiyalarının tətbiqinə çağırır. Erməni Milli Komitəsi həmçinin ABŞ hökumətini Artsax ermənilərinin təhlükəsiz qayıtmaq hüququnun həyata keçirilməsini təmin etmək üçün BMT Təhlükəsizlik Şurasında diplomatik səylər göstərməyə çağırır.
ABŞ hökuməti həmçinin Türkiyədən erməni soyqırımını inkar etməyi dayandırmağı, həmçinin Qüdsün erməni xristian məhəlləsini qorumaq üçün təcili addımlar atmağı tələb edir. Komitə bu tələblər boyu ABŞ-ın soyqırımı inkarında iştirak etməməsinin vacibliyini vurğulayır, eyni zamanda Türkiyə və Azərbaycana silah satışına son qoyulmasını, eləcə də ilkin şərt olmadan erməni hərbi əsirlərin azad edilməsi üçün Azərbaycana təzyiq göstərməsini tələb edir.

 Qeyd edək ki,  bu il ermənilərin qondarma “soyqırım”la bağlı gözləntiləri özünü doğrultmadığı üçün onlar çox qəzəblidirlər.

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 May 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri