Konsertdə azsaylı tamaşaçı görən müğənni təəccübləndi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən və ərik istehsalı ilə tanınan Malatya Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi 28-ci Beynəlxalq Mədəniyyət, İncəsənət və Ərik Festivalının açılış günündə səhnəyə çıxan müğənni Elif Buse Doğan konsert meydanında gözlədiyi izdihamı görmədikdə təəccübünü gizlədə bilməyib.
Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Konsert zamanı tamaşaçılara müraciət edən sənətçi, “Malatyalılar haradadır? Başqa konsert varmı?” sualını səsləndirib. Səhnə önündə olan izləyicilər isə zarafatla "Ərik yığmağa gediblər" cavabını veriblər.
Bu cavab qarşısında gülümsəyən Elif Buse Doğan “Kaş ki, onların işlərini bitirməyə kömək etsəydik ki, bu axşam konsertə gələ biləydilər” deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 20 İyul 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















