Icma.az
close
up
RU
Paşinyan konstitusion çoxluqdan məhrum oldu ŞƏRH

Paşinyan konstitusion çoxluqdan məhrum oldu ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sahil İsgəndərov: Paşinyanın əl-qolu bağlanır, konstitusiya islahatı mümkün deyil

İyunun 7-də Ermənistanda parlament seçkilərinə keçirilən səsvermə prosesi gözlənilməz sonluqla nəticələndi. Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası, 49.81 faiz səs toplayıb. O, rəqiblərindən fərqlənsə də, Konstitusion çoxluğundan məhrum oldu.

Kreml dairələrinin təbirincə desək, Paşinyanın hakimiyyətə gəlişindən bəri hədəf taxtasına çevrilən erməni oliqarx Qaqik Sarukyanın, “Çiçəklənən Ermənistan” partiyasının cəmi 4 faiz səs toplaması, müxalif qüvvələrlə Rusiyanı çilədən çıxarıb. Ermənistan mətbuatı səsvermə boyunca hakim partiyanın seçkilərdə pozuntulara yol verdiyini, hətta bu səbəbdən bir neçə nəfərin həbs edildiyini yazıb. Hazırda müxalif blokla, Rusiya arasında sıxışıb qalan Paşinyan bütün ümidlərini iyunun 14-nə dikib. Çünki Ermənistan MSK-nın sədri Vaaqn Hovakimyan, seçkilərin nəticələrini məhz həmin gün açıqlayacağını bildirib. Sədrin sözlərinə görə, İrəvandakı bütün seçki məntəqələrində səslər yenidən hesablanacaq.  

Bəs yeni hesablamalar hakim partiyanın səslərinə əks təsir göstərə bilərmi?

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Ermənistandakı seçkilərlə bağlı əsas problem “Çiçəklənən Ermənistan” partiyası üzərində düyünlənib:

“Rusiya bunu rəsmi qaydada bildirməsə də, ekspertlər səviyyəsində Q.Sarukyanın topladığı səslərin doğruluğuna dair şübhələr var. Təsəvvür edin ki, bu partiya parlamentə keçmək üçün lazım olan seçki baryerini 0,01% fərqlə keçə bilməyib. Əgər bu nəticəyə çatsaydı, partiya parlamentə keçərək, müəyyən sayda mandat əldə etmək imkanı qazanacaqdı. Səslər yenidən hesablanarkən, saxtakarlığa aid məqamlar aşkar edildikdə, Paşinyana ciddi zərbə dəyəcək. Hakim partiya, təkbaşına hökümət formalaşdıra bilməyəcəyinə görə digər partiyalarla birləşməyə məcburdur”. 

Politoloqun sözlərinə görə, üç müxalif partiyanın Paşinyanla koalisiya qurması imkansızdır:

““Vətəndaş müqaviləsi” partiyasının üstün mövqe sərgiləməsini texniki qələbə adlandırıram. Rusiya artıq istəyinə çatıb. Səslərin yenidən hesablanması barədə çıxarılan qərar, Moskvanın təzyiqlərindən qaynaqlanır. Hakim partiya, parlamentdə çoxluq əldə etsə də, konstitusion çoxluğa çata bilmədi. 105 yerlik parlamentdə 61 mandat qazandılar. Halbuki konstitusion çoxluq üçün ən azı 70 mandat tələb olunur. Konstitusion çoxluq hökumətə hüquqi və siyasi məsələlərdə daha geniş imkanlar verəcəkdi. Bu hüquq Paşinyan hökümətinə gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək üçün qapı açacaqdı”. 

S.İsgəndərov, seçkidə rəqiblərini üstələyən Paşinyanın bu vaxta qədər Putin tərəfindən təbrik edilməməsinin səbəblərini şərh edib:

“Bunun Rusiyanın Ermənistanın əleyhinə mövqe sərgiləməsi ilə əlaqəsi yoxdur. Putin, Paşinyanı təbrik etmək üçün seçki prosesinin hüquqi baxımdan tam yekunlaşmasını gözləyir. O, Paşinyan hökuməti ilə pərdəarxası söhbətlər apararaq, vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. Onu da nəzərə almaq lazımdır ki, Nikol səsvermədən sonra qalib gələcəyi təqdirdə, Rusiyaya səfər edəcəyini açıqlamışdı. Moskva "Çiçəklənən Ermənistan" partiyasını parlamentə daşımaq üçün İrəvanla gizli sövdələşmələr aparmağa çalışır. Bu planın pərdəarxasında böyük risklər gizləndiyinə görə, Paşinyanın belə bir məsələ ilə razılaşma ehtimalı aşağıdır”. 

Analitikin fikrincə, müxalif qüvvələrin irəli sürdüyü arqumentlər əsaslı görünür:

“Paşinyan tərəzinin gözünü öz xeyrinə çevirmək üçün inzibati resurslardan yararlanıb. Faktiki olaraq ən çox səs toplayan onun partiyası oldu. Ermənistanda bu günə qədər heç bir seçki şəffaf və demokratik əsaslarla keçirilməyib. Xislətində saxtakarlıq olan insanlardan, seçkilərdə şəffaflıq gözləmək çətindir. İrəvan mətbuatı səsvermə zamanı qeydə alınan pozuntulardan bəhs edir, həbs xəbərlərini manşetlərə daşıyırdı. Avropa dairələri bu faktlara rəğmən, seçkilərin "demokratik səviyyədə" keçdiyini bəyan edirdilər”.

Politoloq vurğulayıb ki, Paşinyanla Avropa İttifaqının niyyətləri eyni nöqtədə kəsişdiyi üçün, ölkədə baş verən bütün pozuntulara göz yumdular: 

“Ermənistandakı seçkiönü kampaniyaların gedişində, səsvermənin ölkənin və xalqın gələcəyi üçün taleyüklü mərhələ olduğu aşılanır. Həqiqət isə ondan ibarətdir ki, bu proses sadəcə Rusiya və Avropa İttifaqı arasında geosiyasi seçim alətinə çevrilib. Doğrudur, Paşinyanın parlamentdə çoxluq əldə etməsi, Azərbaycanı qane edir. Lakin onun konstitusion çoxluqdan məhrum olması, əl-qolunu bağlayır. Çünki Nikol Azərbaycanın sülh müqaviləsi üçün əsas şərt olaraq tələb etdiyi Konstitusiya dəyişikliyini həyata keçirə bilməyəcək”. 

S.İsgəndərovun qənaətinə görə, Paşinyan seçkilərə qədər çox rahatlıqla, Azərbaycanın şərtini yerinə yetirə bilərdi:

“Öhdəliklərin icrasının gecikdirilməsi, onların sülhə olan səmimiyyətinə kölgə salır. Azərbaycan əslində Ermənistanın tam müstəqil dövlət olmasını hamıdan çox arzulayır. Çünki "ağası" olmayan Ermənistanla dil tapmaq, ən qəliz məsələləri belə həll etmək asan olacaq. Problem ondadır ki, İrəvanın geosiyasi himayədarları işə qarışan kimi vəziyyət çıxılmaz hal alır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri