Icma.az
close
up
RU
“Konstitusiya” Araşdırmalar Fondunun layihəsi: 321 məhkuma hüququ yardım göstərildi

“Konstitusiya” Araşdırmalar Fondunun layihəsi: 321 məhkuma hüququ yardım göstərildi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Konstitusiya” Araşdırmalar Fondu cəzaçəkmə müəssisələrinin monitorinqi layihəsini uğurla yekunlaşdırdı. 

Qaynarinfo xəbər verir ki, 452 məhkum maarifləndirilib, 321 məhkuma hüququ yardım göstərilib.

"Konstitusiya” Araşdırmalar Fondu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsini uğurla başa çatdırıb. Layihənin əsas məqsədi məhkumların hüquqi maarifləndirilməsi, onlara hüquqi yardım göstərilməsi və Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində insan hüquqlarının təminatı vəziyyətinin qiymətləndirilməsi olub.

Layihə çərçivəsində Fondun ekspert və hüquqşünaslardan ibarət komandası Ədliyyə Nazirliyinin 11 penitensiar müəssisəsində monitorinqlər həyata keçirib. Bunlara 4, 5, 6, 10, 11, 12, 14, 15, 16 saylı cəzaçəkmə müəssisələri, Lənkəran penitensiar kompleksi və Umbakı cəzaçəkmə müəssisəsi daxildir.

Layihə çərçivəsində "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə” və "Amnistiya və Əfvetmə” mövzularında 11 maarifləndirici seminar keçirilib. Bu tədbirlərdə ümumilikdə 452 məhkum iştirak edib.

Seminarlar zamanı məhkumlara hüquqi savadlılıq, hüquqi prosedurlar və azadlığa çıxış imkanları barədə ətraflı məlumat verilib.

Maarifləndirmə ilə paralel olaraq, 11 müəssisədə fərdi hüquqi məsləhət xidmətləri də təşkil olunub. 321 məhkum Vəkillər Kollegiyasının üzvü olan  vəkil və peşəkar hüquqşünaslardan ödənişsiz hüquqi yardım alıb. Bu xidmətlər məhkumların müraciətləri əsasında fərdi qaydada həyata keçirilib və onların hüquqlarının müdafiəsinə real dəstək verib.

Monitorinqlərin nəticələri Ədliyyə Nazirliyinə, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim ediləcəkdir. Layihənin icrası müddətində Ədliyyə Nazirliyi ilə əməkdaşlıq səmərəli və qarşılıqlı etimada əsaslanan şəkildə qurulub.

Layihə məhkumların hüquqi maarifləndirilməsinin artırılması,  reabilitasiya və cəmiyyətə reinteqrasiya proseslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 "Konstitusiya” Araşdırmalar Fondu gələcəkdə bu istiqamətdə əldə olunan təcrübəni genişləndirərək, cəza siyasətində insan hüquqlarına əsaslanan idarəetmə modelinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri