Icma.az
close
up
RU
“Konstitusiya” Araşdırmalar Fondu məhkumlara hüquqi yardım layihəsini yekunlaşdırıb FOTO

“Konstitusiya” Araşdırmalar Fondu məhkumlara hüquqi yardım layihəsini yekunlaşdırıb FOTO

Icma.az, Azpost portalına istinadən məlumat verir.

“Konstitusiya” Araşdırmalar Fondu  məhkumlara hüquqi yardım layihəsini uğurla icra edib.

Layihə çərçivəsində  14  cəzaçəkmə müəssisəsində  monitorinq aparılıb və 382 məhkuma hüquqi  yardım göstərib, 461 nəfər seminarara cəlb edilib, 4000 məhkuma buklet paylanıb

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən “Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım” layihəsi çərçivəsində 14 müəssisədə monitorinq keçirilib. Layihənin əsas məqsədi, məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir.

Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım” layihəsi  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Layihə çərçivəsində ümumilikdə 382 məhkuma hüquqi məsləhətlər verilib, onlar  cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılıb, həmçinin apelyasiya şikayətləri yazılıb.

Layihə çərçivəsində, həmçinin, cəzaçəkmə müəssisələrində monitorinqlər aparılıb. Ümumilikdə,  14 belə monitorinqlər keçirilibr. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və mövcud çətinliklərin həllinə töhfə verməkdir. Monitorinqlər zamanı məhkumların saxlanma şəraiti, səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, məhkumların ailə üzvləri və vəkilləri ilə əlaqəsi, təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları  diqqət mərkəzində olmuşdur.

Hər bir monitorinq üzrə hesabat hazırlanmış, tövsiyyələrlə birgə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə təqdim edilmişdir.

Layihə çərçivəsində eyni zamana məhkumlar üçün seminarlar təşkil edilib. Seminarlarda sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətraflı izah edilmişdir. Bu seminarlarda, ümumilikdə 461 nəfər iştirak etmişdir. 4000 məhkuma isə layihə çərçivəsində hazırlanmış bukletlər paylanmışdır.

Layihədə tanınmış vəkillər və hüquqşünaslar Hafiz Həsənov, Əlibaba Rzayev, Mirəli Hüseynov və KAF  hüquqşünasları iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Noyabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri