“Konstitusiya” Araşdırmalar Fondunda məhkumlara hüquqi yardım göstərilib (FOTO
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Qaynarinfo xəbər verir ki, layihənin əsas məqsədi, məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir.
Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım" layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Layihə çərçivəsində ümumilikdə 382 məhkuma hüquqi məsləhətlər verilib, onlar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılıb, həmçinin apelyasiya şikayətləri yazılıb.
Layihə çərçivəsində, həmçinin, cəzaçəkmə müəssisələrində monitorinqlər aparılıb. Ümumilikdə, 14 belə monitorinqlər keçirilib. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və mövcud çətinliklərin həllinə töhfə verməkdir. Monitorinqlər zamanı məhkumların saxlanma şəraiti, səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, məhkumların ailə üzvləri və vəkilləri ilə əlaqəsi, təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları diqqət mərkəzində olub.
Hər bir monitorinq üzrə hesabat hazırlanmış, tövsiyyələrlə birgə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə təqdim edilib.
Layihə çərçivəsində eyni zamanda məhkumlar üçün seminarlar təşkil edilib. Seminarlarda sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətraflı izah edilmişdir. Bu seminarlarda, ümumilikdə 461 nəfər iştirak edilib. 4000 məhkuma isə layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb.
Layihədə tanınmış vəkillər və hüquqşünaslar Hafiz Həsənov, Əlibaba Rzayev, Mirəli Hüseynov və KAF hüquqşünasları iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 30 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















