Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Ombudsmanın sorğusuna baxılacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 may, AZƏRTAC
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin ali, orta ixtisas və peşə təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dair müvafiq qərarlarının Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılması Plenumun icraatına qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 4-nə təyin edilmiş iclasında baxılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 May 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















