Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsinin sədri İstanbulda səfərdə olub FOTO

Konstitusiya Məhkəməsinin sədri İstanbulda səfərdə olub FOTO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın dəvəti ilə 25-26 aprel tarixlərində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 63-cü ildönümü münasibətilə “XXI əsrdə Konstitusiya Ədalət Mühakiməsinin Gələcəyi” mövzusunda keçirilmiş simpoziumda iştirak etmək üçün İstanbul şəhərində səfərdə olub.

Tədbirin rəsmi hissəsində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayında iştirakçıları salamlamış və onlarla xatirə şəkli çəkdirib.

Simpoziumun əvvəlində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya 34 ölkənin konstitusiya nəzarəti orqanlarının sədrlərini, hakimlərini və digər qonaqları salamlayaraq açılış nitqi ilə çıxış edib.

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Türkiyə Respublikası Konstitusiya Məhkəməsini yaradılmasının 63-cü ildönümü münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində hüquq və ədalətin, insan hüquq və azadıqlarının müdafiəsi və konstitusiya prinsiplərinin aliliyinin təmin olunması sahəsində səylərinin davam etdirilməsində əmin olduğunu ifadə edib.

Simpoziumun praktiki hissəsində XXI əsrdə konstitusiya ədalət mühakiməsinin gələcəyi, rəqəmsal dövrdə konstitusiya ədalət mühakiməsi, konstitusiya ədalət mühakiməsində yeni çağırışlar və imkanlar, eləcə də digər hüquqi məsələlər üzrə məruzələr dinlənilmiş və geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində 27 aprel tarixində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv olan ölkələrin Konstitusiya Məhkəmələrinin iclasında Təşkilata müvəqqəti sədrlik səlahiyyətləri rəsmi olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilib.

Səfər çərçivəsində xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimləri ilə məhkəmə-hüquq sahəsində fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri