Icma.az
close
up
RU
“Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni reallıqlar, strateji hədəflər” konfrans

“Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni reallıqlar, strateji hədəflər” konfrans

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni reallıqlar, strateji hədəflər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Tədbir Dövlət İdarəçilik Akademiyası, Baş Prokurorluq, Vəkillər Kollegiyası, Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan bu konfransın yeni çağırış və inkişaf yollarına yönəlik təkliflərin, fikirlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu söyləyib. Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə suverenliyini tam bərpa etdiyini vurğulayan rektor deyib ki, bu, məqsədyönlü və uzunmüddətli fəaliyyətin planlaşdırılmasının nəticəsidir. Azərbaycanın iqtisadi inkişaf göstəricilərindən danışan akademik U.Ələkbərov bu baxımdan ölkəmizin sosial siyasəti imkanlarına diqqət çəkib. Rektor çıxışında hüquqi bazanın çox vacib olduğunu söyləyib.

Elmi-praktik konfransda çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov bildirib ki, Azərbaycanın müstəqilliyinin və suverenliyinin bərpası tarixi zərurət idi: “Bu siyasətin banisi Ümummilli Lider Heydər Əliyev olub. Konstitusiyamızda olan prinsiplər hələ 200-300 il bizə xidmət edəcək” .

Baş Prokurorluq və Dövlət İdarəçilik Akademiyası arasında faydalı əməkdaşlıqdan danışan T.Cəfərov prokurorluq orqanlarının peşəkar kadrların hazırlanmasında maraqlı olduğunu diqqətə çatdırıb: “Bütün təhsil müəssisələri ilə sıx əlaqədəyik. 2020-ci ildə memorandum imzalamışıq. Bu, prokurorların elmi yaradıcılıqla məşğul olmasına imkan yaratdı. Gələcəyin hüquqşünasları üçün prokurorluq orqanlarında “Açıq qapı” günləri keçirilir”.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, Azərbaycan Konstitusiyasında insan hüquqları ilə bağlı kifayət qədər maddələr mövcuddur: “Qanunvericilik aktlarında insan hüquqları ekspertizasını həyata keçiririk. İki il öncə insan hüquqları sahəsində böyük elektron kitabxana yaratdıq. Eyni zamanda, praktikaya aid siqnallar sorğusu - PASS platformasında rübdə 1 dəfə ictimaiyyətdən qanunvericiliyə aid təkliflər toplanır”.

Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov bildirib ki, konstitusiya ali qüvvəyə malikdir, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın preambulasında Azərbaycan vətəndaşının niyyəti yer alıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğuna diqqət çəkən spiker bildirib ki, Vəkillər Kollegiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər planı hazırlanıb.

Digər çıxış edənlər Azərbaycanın müstəqillik tarixindən, siyasi proseslərdən, Konstitusiyaya gedən yoldan danışıblar. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya mühüm qanunvericilik bazasıdır. Ali Qanun genişmiqyaslı hüquq və məhkəmə islahatlarının həyata keçirilməsinə imkan yaradıb. Konstitusiyanın müddəaları uzun illər hüquqi qüvvədə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri