Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

“Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi”

“Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi”

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilib

Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparıblar. Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən spiker Sahibə Qafarova bildirib ki, “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr edilən beynəlxalq parlament konfransının Azərbaycanda keçirilməsinin  rəmzi mənası var. Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub. Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir: “1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə mürəkkəb vəziyyətə düşmüşdü. Ölkəmizə qarşı silahlı təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini törətmişdi.

Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə və müasir dövlətin əsaslarını yaratmağa imkan verdi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün təminatlar yaratdı. Bu mənada dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur”.

Spiker qeyd edib ki, Heydər Əliyevin başladığı yol Azərbaycan  Prezidenti İlham Əliyevin  rəhbərliyi ilə uğurla davam etdirilir. Son 22 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Bu dövrdə həm  də  Konstitusiyamızın real gücü praktikada sınaqdan keçib. “Ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi otuz ilə yaxın Ermənistanın işğalı altında olmuşdu. Bu dövrdə Konstitusiya dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin hüquqi, mənəvi və fəlsəfi əsasını təşkil edirdi. Ölkəmizin əsas qanunu silahlı təcavüzə son qoymaq və sülh yaratmaq uğrunda diplomatik səylərimizin təməlində dayanmışdı. 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa etdi. Dövlətimizin ərazi bütövlüyünün və  suverenliyinin bərqərar edilməsi ilə Azərbaycan Konstitusiyasında müəyyənləşdirilmiş prinsiplər real həyatda öz təcəssümünü tapdı”,-deyən S.Qafarova əlavə edib ki, ölkəmizin Konstitusiyası ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi başlıca niyyətlərdən biri kimi bəyan edib. Spiker deyib ki, indiki qlobal geosiyasi dinamika şəraitində məhz Konstitusiya qaydası dövlətlərə öz dayanıqlığını qorumaqda və milli maraqları əsasında inkişaf etməkdə kömək göstərir: “Azərbaycanın təcrübəsi də əyani surətdə göstərir ki, Konstitusiya xalqın iradəsindən və milli dəyərlərdən güc alanda, hakimiyyət ilə xalq arasında uzlaşmanı təmin edəndə cəmiyyəti birləşdirən və dövlətin müstəqilliyini qoruyan böyük qüvvəyə çevrilir.  Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir. O, milli birliyimizi möhkəmləndirir və cəmiyyətin sabit inkişafına kömək göstərir”.

Çıxış edən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş bildirib ki, Azərbaycanın Konstitusiyası ölkənin suverenliyini möhkəmləndirib, keçmişin bütün çətinliklərini indiyə və gələcəyə doğru çevirmək üçün yeni bir mərhələ yaradıb. Həmçinin coğrafi imkanları dayanıqlı inkişaf üçün ümidverici fürsətlərə çevirib. Onun sözlərinə görə, son 30 il ərzində Azərbaycan sübut etdi ki, inkişaf yalnız milli sərvətin nəticəsi deyil, həm də milli iradənin məhsuludur: “Bu güclü institusional fəaliyyətin nəticəsi və müxtəlifliyi əhatə edən dövlət, cəmiyyət, həmçinin milli kimliklər arasında balansı yaratmaq bacarığıdır. Azərbaycan təcrübəsi göstərir ki, konstitusiya təkcə hüquqi mətn deyil, dəyərlərin təzahürüdür, həmçinin xalqla dövlət arasında sosial və etik müqavilədir. Eyni zamanda, miras və yenilik, tarix və coğrafiya arasında bir tarazlıqdır”.

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani çıxışında deyib ki, hazırda mürəkkəb çağırışların mövcud olduğu bir dünyada yaşayırıq. Məhz Konstitusiya dövlət və xalq arasında körpü rolunu oynayaraq, təməl funksiyasını yerinə yetirir. Bu konsepsiya hər zaman millətlərin kollektiv şüurunda əsas təməl olaraq qalır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik, kimlik və sadiqlik məsələləri möhkəmlənib. Prezident İlham Əliyevin məhz bu ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi onun öz dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Bu gün suverenlik müxtəlif sınaqlarla üz-üzədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə sadiq qalaq”, - deyə Pakistan Senatının sədri əlavə edib.

Rumıniya Senatının sədri Mircea Abrudean isə Azərbaycan xalqı və parlamenti ilə tərəfdaşlığı yüksək qiymətləndirib. O bildirib ki, parlamentlər real nəticələrə fokuslandıqda, effektiv iş ortaya qoyurlar:”Bir çox sahədə əməkdaşlıq edə bilərik. Məsələn, rəqəmsallaşma sahəsində sizin “ASAN xidmət” modeliniz var. Biz bu modeli Rumıniyada tətbiq edə bilərik və artıq bu istiqamətdə işlərə başlamışıq. Nəqliyyat və enerji sahələri ilə əlaqədar komitələrimizin əməkdaşlığının genişləndirilməsi üçün illik görüşlər keçirilməlidir”.

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fayzali İdizoda bildirib ki, bütün xalqlar arasında dostluq, bərabərlik, qarşılıqlı hörmət Azərbaycan Konstitusiyasının əsas prinsiplərindən biridir. Konstitusiya Azərbaycanın baş siyasi hüquqi sənədi kimi ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirib. Onun sözlərinə görə, Azərbaycanın Konstitusiyası ölkədə davamlı inkişafın və daxili sabitliyin möhkəm əsaslarını yaradıb: “Azərbaycanda milli birliyin və daxili sabitliyin əsasları qoyulub. Bu da müasir geosiyasi reallıqlar fonunda Konstitusiyanın müstəqillik və suverenlik rolunu daha aydın nümayiş etdirir. Konstitusiya dövlətin və cəmiyyətin davamlı inkişafı, daxili sabitliyin əsas təminatçısıdır. Beynəlxalq qeyri-sabitlik şəraitində dövləti qorumaq yalnız cəmiyyətin birliyi, konstitusion dəyərlərə hörmət nəticəsində mümkündür”.

Serbiya Milli Assambleyasının sədr müavini Covan Canciç çıxışında qeyd edib ki, Konstitusiyanın qəbul edilməsi siyasi və ictimai hadisədir. Bu hadisənin əhəmiyyəti Azərbaycanın timsalında aydın görünür. Çünki bu ölkə öz Konstitusiyası ilə beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilib. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə nümunəsidir, öz vətəndaşları üçün isə rifah və firavanlığın diyarı olmaq yolunda inamla irəliləməkdədir.

Onun sözlərinə görə, Konstitusiya dövlətin hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir: “Konstitusiya ölkənin ictimai quruluşunu müəyyənləşdirir, mühüm münasibətləri tənzimləyir, dövlət orqanlarının quruluşunu və fəaliyyətini ətraflı şəkildə müəyyən edir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarını, həmçinin onların vəzifələrini şəffaf və açıq şəkildə bəyan edir”.

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım isə  bildirib ki, Konstitusiya hər bir dövlətin varlığını, milli iradəsini, müstəqilliyini əbədiləşdirən ali sənəddir. Bu, dövlət suverenliyinin simvoludur. Onun sözlərinə görə, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyası Azərbaycan xalqının taleyində yeni fəslin başlanğıcını qoydu: “Həmin gün Azərbaycan bir daha qanunun aliliyinə, insan hüquqlarına və demokratik dəyərlərə əsaslanan müasir dövlət qurmaq iradəsini dünyaya bəyan etdi. Bu böyük tarixi addımın memarı da Ümummilli Lider Heydər Əliyevdir. Bu gün bu miras Prezident İlham Əliyevin rəhbərliyi altında ədalət, inkişaf, milli birlik prinsipləri ilə daha da möhkəmlənib”.

Ş.Ayrım qeyd edib ki, Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib: “Konstitusiya sadəcə hüquqi mətn deyil, onun hər bir maddəsi xalqın iradəsini, ədalətə olan inamını, müstəqil yaşama əzmini nümayiş etdirir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı zamanı öz suverenliyini bərpa edib. 30 il əvvəl qəbul edilmiş Konstitusiya həm də gələcəyin kompasıdır. Konstitusiyanın ildönümü bizə bir həqiqəti xatırladır ki, ədalətin təməli hər zaman Konstitusiyadır”.

Tədbirdə digər çıxış edənlər də beynəlxalq konfransın əhəmiyyətini və konstitusiyanın dövlətlərin həyatındakı önəmli rolundan bəhs ediblər.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see287

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see213

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see195

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see188

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see176

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see141

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see135

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see127

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see127

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see125

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

28 Oktyabr 2025 18:42see121

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

28 Oktyabr 2025 19:06see120

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see119

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see119

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see117

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see116

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri