“Konstitusiya və Suverenlik İli”nə həsr olunan maarifləndirici görüş keçirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün maarifləndirici tədbir təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə dövlətçilik ənənələrinin təbliği, əhali arasında hüquqi maarifləndirmənin aparılması və Konstitusiyamızın qəbul olunmasının əhəmiyyətindən bəhs edilib, vətəndaşların hüquq və azadlıqlarının təminatı, eləcə də dövlət suverenliyinin əsasları barədə ətraflı məlumat verilib.
Mərkəzdə peşə öyrənən gənclər və müəssisənin işçi heyətinin iştirak etdiyi tədbirdə çıxış edənlər həmçinin 20 Sentyabr-Dövlət Suverenliyi Gününün mahiyyətinə diqqət çəkiblər.
Sonra 3-6 aylıq kurslarda müxtəlif biliklərə yiyələnən gənclərin hazırladıqları və dövlətçiliyimizə həsr olunan şeirlər, kompozisiyalar təqdim edilib, videoçarx nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Sentyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















