“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib FOTO
Apa.az saytına istinadən Icma.az xəbər verir.
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialı bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq konfrans təşkil edib.
APA xəbər verir ki, təbirdə Rusiya, Qazaxıstan və Özbəkistan parlamentlərinin nümayəndələri, MDB dövlətlərinin diplomatik korpusunun təmsilçiləri, ali təhsil müəssisələrinin və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
MDB PAA DİMBİ-nin Bakı filialının direktoru Ramin Rzayev açılış nitqində konfransın məqsədləri barədə məlumat verərək cari ilin Azərbaycanın dövlətçilik tarixində əlamətdar il olduğunu vurğulayıb:
“Konstitusiyanın 30 illiyi və Milli Məclisin 107 illiyi münasibətilə biz iki nəşrin – ‘Heydər Əliyev: Suveren Konstitusiyanın banisi’ və ‘Parlamentarizmin inkişafı, tarix və reallıq’ adlı kitabların təqdimatını keçiririk”.
Konfrans iştirakçılarına ünvanlanan müraciətində MDB PA Şurası Katibliyinin rəhbəri Dmitri Kobitski Azərbaycanın dövlət quruculuğu sahəsindəki təcrübəsinin MDB məkanında xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Heydər Əliyevin siyasi istedadı sayəsində Azərbaycan suveren və çiçəklənən bir dövlətə çevrildi. Onun dövlətçilik təcrübəsi MDB-yə üzv bütün ölkələr üçün böyük maraq doğurur".
MDB PA DİMBİ-nin direktoru İvan Muşket çıxışında Azərbaycan parlamentinin rolunu yüksək qiymətləndirib: "Milli Məclisin fəaliyyəti hüququn aliliyinə və demokratik dəyərlərə əsaslanan möhkəm hüquqi baza yaradıb. Bu təcrübə göstərir ki, güclü konstitusion əsas sabitliyin və rifahın təminatıdır".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Konstitusiyasının 30 il əvvəl qəbul edilməsinə baxmayaraq bu gün də mövcud tələblərə cavab verdiyini vurğulayıb.
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç çıxışında dövlət quruculuğunda liderlərin rollarından danışıb: “Heydər Əliyev, İlham Əliyev və Aleksandr Lukaşenkonun uzunmüddətli, konstruktiv dostluğu həm dövlət quruculuğunda, həm də strateji əməkdaşlığın inkişafında mühüm rol oynayıb və bu münasibətlər hər iki ölkənin hakimiyyət qolları üçün nümunədir".
Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda konstitusionalizmin və parlamentarizmin əsasını qoymuş şəxsiyyətdir.
Konfrans çıxışlarla davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















