Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş II konfrans keçirilib

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş II konfrans keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş II elmi konfrans keçirilib. Bu haqda AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Xalq” qəzetinə məlumat verilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev  “Azərbaycanın tarixi inkişaf yolunda mühüm mərhələ: Konstitusiya və Suverenlik ili” mövzusunda məruzə edərək Azərbaycanın dövlətçilik ənənələrinin formalaşması, Konstitusiyanın qəbul edilməsi, müasir hüquqi-siyasi sistemin qurulması və ölkənin suveren inkişaf xəttinin müəyyənləşməsi proseslərini geniş şəkildə təhlil edib. Məruzədə 2024-cü il 28 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycanın müxtəlif tarixi dövrlərdə ərazi bütövlüyü məsələləri, Batum sülh müqaviləsi, Səfəvilər dövründə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı ölkənin sərhədləri, eləcə də BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnamə ilə bağlı məsələləri diqqətə çatdırıb.

Akademik, həmçinin ATƏT-in Azərbaycanla bağlı fəaliyyətinə, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkəmizə qarşı irəli sürülmüş ərazi iddialarına, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına və dövlət idarəçiliyində həyata keçirdiyi mühüm islahatlara toxunub. Ulu Öndərin daxili və xarici siyasətdə qətiyyətli dövlət xadimi kimi rolunun güclənməsini, Prezident İlham Əliyevin 1993-2003-cü illər dövrünü “sabitlik və inkişaf illəri” kimi səciyyələndirməsini vurğulayan İsmayıl Hacıyev çıxışında həmçinin Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, aparılan Antiterror tədbirlərindən, Laçın dəhlizi istiqamətində baş verən proseslərdən və Azərbaycanın regional diplomatiyasında mühüm yer tutan Vaşinqton görüşündən bəhs edib.

Plenar iclasda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev “Bülövqaya keramikasının tipoloji xüsusiyyətləri və mədəni mənsubiyyəti” mövzusunda apardığı geniş tədqiqatlardan danışıb, Bülövqayada iki ildən artıq müddətdə arxeoloji araşdırmaların həyata keçirildiyini bildirib. Alim ərazidə 600-dən çox boyalı keramika nümunəsinin aşkar edildiyini, bu materialların Dalmatəpə və Ubeyd mədəniyyətləri ilə əlaqəsini izah edib. Dalmatəpə mədəniyyətində qırmızı boyalı naxışsız və basma naxışlı keramikanın əsas fərqləndirici xüsusiyyət kimi diqqət çəkdiyini vurğulayan Vəli Baxşəliyev, Ubeyd mədəniyyətinə dair müxtəlif xarici nəşrlərdə işıq üzü görmüş məqalələrindən də söz açıb. Alim, həmçinin Sioni mədəniyyətinin bölgə üçün əhəmiyyətinə toxunub.

Plenar iclasın ardınca konfrans işini bölmələr üzrə davam etdirib. Bölmələrdə qədim mədəniyyətlərin yayılma arealı, maddi-mədəniyyət nümunələrinin tipləri, onların regionun tarixində oynadığı rol və Naxçıvanın qədim sivilizasiyalarla əlaqələri elmi faktlar əsasında təhlil edilib.

Konfrans, ümumilikdə, Naxçıvanın tarixi, arxeoloji irsi və etnoqrafik ənənələrinin elmi müstəvidə araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyan platforma kimi qiymətləndirilib. Konfransda səsləndirilən məruzələr müasir Azərbaycan tarixşünaslığına, regionşünaslığa və arxeoloji tədqiqatlara mühüm töhfələr verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri