Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunda Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfrans İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu (İKSAD), Tekirdağ Namık Kamal Universiteti, Tokat Gaziosmanpaşa Universiteti ve İstanbul Gelişim Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri professor Şahin Sadıqov təkrar emal iqtisadiyyatı və davamlılıq siyasətlərinin müasir iqtisadi inkişafın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, qabaqcıl təcrübələrin paylaşılmasının və birgə təşəbbüslərin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. O, təkrar emal iqtisadiyyatı, yaşıl inkişafın qlobal çağırışların mərkəzində olduğunu deyib, davamlı inkişafın əsas prioritetlərindən biri olan təkrar emal siyasətinin həm ekoloji təhlükəsizliyin təmin olunmasına, həm də resurslardan səmərəli istifadəyə mühüm töhfə verdiyi bildirilib.

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli, Türkiyənin Tekirdağ Namık Kemal Universitetinin professoru Durmuş Çağrı Yıldırım, İKSAD İnstitutunun Elmi Komitə sədri professor Salih Öztürk, İstanbul Gelişim Universitetinin “Davamlı Ətraf Mühit və Cəmiyyət üzrə Tətbiq və Araşdırma” Mərkəzinin direktoru Başak Özarslan Doğan təkrar emalın qlobal gündəmdə artan əhəmiyyəti, tullantıların idarə olunmasında innovativ yanaşmaların tətbiqi, yaşıl iqtisadiyyat modelinin formalaşmasında təhsil və elmi tədqiqatların rolu barədə mülahizələrini bildiriblər.

Paralel olaraq canlı və onlayn təşkil olunan 5 sessiyada məruzəçilər plastik tullantıların idarə olunması, dairəvi iqtisadiyyat, bərpa olunan enerji istehlakı, dayanıqlı iqtisadi inkişaf, innovativ tullantı emalı texnologiyaları kimi mövzular ətrafında təqdimatlarla çıxışlar ediblər, elmi müzakirələr aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Beynəlxalq elmi konfransın ikinci günü Mingəçevir Dövlət Universitetində (MDU) sessiyalar təşkil olunub. Canlı və onlayn formatda baş tutan sessiyalarda Azərbaycanla yanaşı, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının alim və tədqiqatçıları, həmçinin MDU əməkdaşları məruzələrlə çıxış ediblər.

Sessiyalarda təkrar emal iqtisadiyyatının müasir çağırışları, yaşıl inkişaf modeli, davamlılıq siyasəti, ekoloji təhlükəsizlik və sosial-iqtisadi inkişafda innovativ yanaşmalar mövzularında elmi müzakirələr aparılıb. Məruzəçilər qlobal iqlim dəyişiklikləri fonunda alternativ enerji, tullantıların idarə olunması və dairəvi iqtisadiyyatın tətbiqi imkanları ilə bağlı əldə etdikləri elmi nəticələri bölüşüblər.

Ümumilikdə, konfransa 100-dən çox tədqiqatçı tərəfindən tezis və məqalələr təqdim olunub.

Konfransın mövzusu ətrafında Azərbaycan, türk və ingilis dillərində toplanan tezis və ya məqalələr 25 oktyabrda həm kitab şəklində, həm də “Journal of Recycling Economy & Sustainability Policy (RESP)” adlı beynəlxalq jurnalda nəşr olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see530

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see348

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see300

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see235

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see194

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see171

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see166

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see154

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see148

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see146

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see143

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see140

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see137

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see137

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri