Icma.az
close
up
RU
Konstitusiya və uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirildi

Konstitusiya və uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirildi

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli" elan edilməsi münasibətilə 14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) maliyyə dəstəyi Bakıda yeni maarifləndirici mədəni layihə çərçivəsində çap olunan uşaqlar üçün Konstitusiyaya və insan hüquqlarına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. 

Redaktor.az xəbər verir ki, mərasimdə vəkillər, hüquqşünaslar, müəllimlər, media nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyidir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkəmizin hüquqi əsasını təşkil edir. Bu yubiley ili çərçivəsində hüquqi maariflənməyə, xüsusilə də uşaqlarda hüquqi bilik və dəyərlərin formalaşdırılmasına xüsusi önəm verilir.

Təqdim olunan “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitabın çap edilməsinin məqsədi uşaqları hüquq dünyasına sadə, canlı və maraqlı hekayələr vasitəsilə cəlb etməkdir. Kitabda hər bir hekayə Azərbaycan Respublikası Konstitusiyasının əsas maddələrindən birini əhatə edir və uşaqlar üçün anlaşıqlı şəkildə izah edir. Hekayələrin qəhrəmanları uşaqlardır - onların dili ilə azadlıq, bərabərlik, təhsil, müdafiə və şəxsiyyətə hörmət kimi fundamental hüquqlar izah olunur.

Kitabın müəllifi “Legalaid” hüquq şirkətinin təsisçisi, VK-nın üzvü Sona Səlimli-Ələsgərovadır. Müəllifin fikrincə hüquqi biliklər elə uşaqlıqdan formalaşmalıdır. Bu kitab da məhz hüququn uşaqlara yaxınlaşdırılması məqsədilə hazırlanıb.

Kitab Azərbaycan və rus dillərində nəşr edilib.

VK-nın sədri Anar Bağırov tədbirin açılışında çıxış edərək qonaqları salamlayıb, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ərsəyə gətirilən maarifləndirici hüquqi layihəni yüksək qiymətləndirib.

Sədr diqqətə çatdırıb ki, uşaqlara hüquqi dəyərlərin aşılanması, onların hüquq və azadlıqlarını dərk etməyə təşviq olunması mühüm ictimai vəzifədir. Bu cür layihələr hüquqi cəhətdən savadlı və ədalətli cəmiyyətin formalaşmasına xidmət edir. Konstitusiyanın mahiyyətinin uşaqlara maraqlı və anlaşıqlı şəkildə çatdırılması isə xüsusi təqdirəlayiq addımdır. Kollegiya bu kimi təşəbbüslərə daim dəstək göstərib və göstərəcək.

Həmçinin Anar Bağırov vurğulayıb ki, “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitabın nəşri və yayımı vəkillərin birgə maliyyə dəstəyi ilə mümkün olub. Sədr eyni zamanda bu kitabın sığınacaqlarda, sosial reabilitasiya müəssisələrində və digər həssas qruplar üçün nəzərdə tutulan mərkəzlərdə istifadəsinin faydalı olacağını qeyd edib.

Son illərdə Kollegiyada görülən işlərdən danışan sədr vəkillərin sayının artdığını, VK-nın gənc hüquqşünaslara daim dəstək göstərdiyini ifadə edərək, onları vəkillik peşəsinə qoşulmağa çağırıb.

Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışı zamanı müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıb, kitabın ərsəyə gətirilməsində əməyin olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitab hüquqi maarifləndirici nəşr olmaqla yanaşı, həm də uşaqlara hüququ sevdirmək, onların şəxsiyyətinə və hüquqlarına dəyər verən cəmiyyətin əsasını qoymaq üçün vacib bir addımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyun 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri