Icma.az
close
up
RU
Konsulluqların yeni rolu: Tehran Zəngəzuru hərbi platformaya çevirmək istəyir?

Konsulluqların yeni rolu: Tehran Zəngəzuru hərbi platformaya çevirmək istəyir?

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İrandan sonra Fransanın da Zəngəzurda konsulluq açması, Rusiyanın isə buna nail olmaq üçün israr etməsinin siyasi səbəbləri olsa da, konsulluqların praktiki müstəvidə hansı fəaliyyəti göstərdiyi əvvəldən şübhəli olub. Çünki bölgədə İran və Fransa vətəndaşları yaşamır, yaxud sayları konsulluq xidməti açmağı zəruri edəcək qədər deyil.

Bakupost.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Ermənistan mediasında yayılan bilərəkdən, yaxud bilməyərəkdən bir məlumat İranın Zəngəzurda – Qafandakı baş konsulluğunun gerçək fəaliyyətinə dair əvvəldən təxmin edilən şübhələri yenidən aktuallaşdırır:

"Erməni türkoloq Varujan Qeqamyan Ermənistanda baş verən proseslərlə bağlı geniş müsahibəsində Fransanın Zəngəzurda konsulluq açmasından da danışır, bu addımın bölgənin təhlükəsiziyində heç bir rol oynamadığından bəhs edir və əlavə edir: “İran konsulluğu tərəfindən isə real işlər görülür, hətta hərbi təlimlər təşkil edilir”.

Ermənistanın təhlükəsizliyinin Tehranla əməkdaşlıq çərçivəsində təmin edilməsinin tərəfdarlarından olan Qeqamyanın məqsədi konsulluğunun gerçək fəaliyyətini ifşa etmək yox, İranın əhəmiyyətini təbliğ etməkdir. Bu baxımdan, onun açıqladığı məlumatın iddia yox, fakt olması ehtimalı daha yüksəkdir".

Politoloq vurğulayıb ki, Tehranın Ermənistanda Rusiyanın təhlükəsizlik rolunu üzərinə götürmək və Zəngəzurda hərbi baza qurmaq niyyəti 44 günlük müharibədən sonra aktuallaşıb.

"Lakin rəsmi İrəvanın Tehranla hərbi əməkdaşlığı həm Rusiya, həm də Qərb amilinə görə açıq müstəvidə həyata keçirməsinin çətinlikləri var. Mümkündür ki, İranın Zəngəzurda hərbi fəaliyyətlərinin koordinasiya mərkəzi olaraq fəaliyyət göstərən konsulluq bu əməkdaşlıqda çətir rolunu oynayır".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 İyun 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri