Icma.az
close
up
RU
Kontakt Home fərdi məlumatlar haqqında qanunvericiliyi pozdu, cəzalandırıldı

Kontakt Home fərdi məlumatlar haqqında qanunvericiliyi pozdu, cəzalandırıldı

Binəqədi Rayon Məhkəməsinddə "Kontakt Home" əmtəə nişanının sahibi "ABC-Telecom" MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci (Fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC-nin sabiq deputat Elnur Allahverdiyevə məxsus olduğu bildirilir.

Xəyal Quliyev

seeBaxış sayı:29
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri