Icma.az
close
up
RU
Elçin Şıxlı: “Azərbaycan mətbuatı sıfırdan dünyada tanınan bir mərhələyə gəlib çatıb” MÜSAHİBƏ

Elçin Şıxlı: “Azərbaycan mətbuatı sıfırdan dünyada tanınan bir mərhələyə gəlib çatıb” MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Jurnalistikanın tənqidçi rolunu daha da gücləndirməliyik”.  

Bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna.az” saytının baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı “Cebheinfo.az”-a müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik:

- Elçin müəllim, bu il Azərbaycan mətbuatının 150 illik yubileyidir. Mətbuat bu illərdə nə qazandı?

- Bəli, bu il Azərbaycan mətbuatının yaranmasının 150 illik yubileyidir.  Bu, bizim üçün böyük bir tarixdir. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı çox sayda tədbir keçiriləcək. Biz də bunu qeyd etməyə hazırlaşırıq. 

Təbii ki, ən yüksək səviyyədə bu yubileyi qeyd etməliyik. Artıq bir sıra tədbirlərin keçirilməsinə başlanılıb. Məsələn, Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” adlı tədbir keçirildi. Daha sonra Bakıda və bir sıra regionlarda da bununla bağlı tədbirlər təşkil olundu. Hələ bir aydan artıq vaxtımız var və tədbirlər davam edəcək. Sonda isə Şuşada Qlobal Media Forumu keçiriləcək. 

- Milli mətbuatımızın ötən 150 il ərzində keçdiyi yolu necə qiymətləndirirsiniz? 

- Mən adətən mətbuatımızın keçdiyi yolu üç dövrə bölürəm. Birincisi “Əkinçi” qəzətinin işıq üzü görməsindən Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına qədər olan dövrdür. İkincisi Sovet, üçüncü isə müstəqillik dövrümüzdür. 

Bu müddət ərzində artıq Azərbaycan mətbuatı sıfırdan dünyada tanınan bir mərhələyə gəlib çatıb. Mətbuatımız geridə qalan 150 il ərzində çox keşməkeşli yollardan keçib. Mətbuatın yaranması və bugünlərə gəlməsi olduqca çətin proses idi. Lakin bu gün mətbuatımız bütün dünya tərəfindən tanınır. 

- İndi qarşımızda duran əsas vəzifələr nələrdir? Bundan sonra medianın inkişafı üçün nələr edilməlidir?

- Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa çalışmalıyıq. Bundan başqa, öz əsas tənqidçilik funksiyamızı yerinə yetirməliyik. Bu yolla cəmiyyətdə olan əyər-əskikləri üzə çıxarıb, onların aradan qaldırılmasına köməkçi ola bilərik. Ümumiyyətlə, mətbuatın, jurnalistikanın tənqidçi rolunu daha da gücləndirməli və hadisələri bir qədər də obyektiv şəkildə cəmiyyətdə çatdırmalıyıq. Düşünürəm ki, qarşımızda duran əsas vəzifələr bunlar olmalıdır. 

- Son illərdə əfsuslar olsun ki, çap mediasına, qəzetlərə olan maraq azalıb. Necə düşünürsünüz, çap mediasının inkişafı və əvvəlki gücünü bərpa etməsi mümkün olarmı?

- Ümumiyyətlə, dünyanın hər yerində eyni proses gedir. Təbii ki, bunun obyektiv səbəbləri var. Çap mediası yeni platformalara çeviklikdə və texnoloji imkanlar baxımından uduzur. Ancaq dünyada çap mediasının tamamilə məhv olduğunu da söyləmək olmaz. 

Nüfuzu azalsa da, çap mediası hər yerdə öz yerini qoruyub saxlayır. Çox uzağa getməyək, qardaş Türkiyəyə nəzər salsanız, orada qəzet oxumayan adam tapmaqda çətinlik çəkərsiniz. Çünki orada qəzet hər yerdə var və əlçatandır. Azərbaycanda isə Bakıda olan köşklərin əksəriyyətində qəzet tapmaq olmur. 

Ona görə də ilk növbədə Azərbaycanda çap mediasını inkişaf etdirtmək üçün yayım sistemini dirçəltmək lazımdır. Bizdə yayım sistemi məhv edilib. Əgər siz hansı bir məhsulu almaq istəyirsinizsə və onu 1-2 dəfə axtarıb tapmırsınızsa, daha axtarmaqdan vaz keçirsiniz. 

Azərbaycanda qəzetlər nə qədər ki, əlçatmaz olacaq, çap mediası üçün ağır olacaq. Yəni, qəzetdə həm məzmun, həm də kontingent olmalıdır. Üstəlik, qəzetin insanlar üçün əlçatanlığını təmin etmək lazımdır.

- Əslində, köşklərdə qəzetlər satılır və hər kəs üçün əlçatandır. Sadəcə, onları alan insanlar həddindən artıq azdır. Hətta bəzi köşklərə qəzetlər necə gəlirsə, elə də qalır. Yəni, problem bəlkə də satış deyil, alışla bağlıdır... 

- Bəli, mən sizinlə razıyam, həmin nüanslar da var. Lakin hazırda köşklərin əsas məqsədi qəzet yox, siqaret və ya digər məhsullar satmaqdır. Əvvəllər köşklərdə peşəkar qəzetsatanlar çalışırdı. İndi hansısa köşkə gedib qəzet alanda satıcı onun qiymətini belə bilmir. Çünki həm qəzet satılmır, həm də o, peşəkar satıcı deyil. Belə olan halda kim qəzet alar? 

Bununla yanaşı, insanlarda qəzet almaq vərdişi də yoxdur. Sanki ondan vaz keçiblər. Xüsusən də bəzi gənclər qəzet üzü görməyiblər. Müasir dövrdə hamı telefonda qısa xəbərlərə baxır. Lakin qəzetdə həmin qısa xəbərin açması, təhlili və araşdırması olur. Bunun üçün beyin və düşünmək lazımdır. Təəssüf ki, artıq düşünmək istəyənlərin sayı azalır.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Elçin Şıxlı Müsahibə Azərbaycan Mətbuatı 150 il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri