Icma.az
close
up
RU
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə “Kontakt” Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırılan bu rəsmi mağaza sayəsində region sakinləri uzağa getmədən, birbaşa şəhərin mərkəzində zəngin məhsul çeşidinə cəmi bir addımla qovuşacaqlar. 

Şəbəkə bu böyük addımla qədim torpaqlara müasir yaşayış standartlarını və qlobal brendləri fiziki olaraq gətirir. Yəni, burada smartfon və rəqəmsal texnologiyalardan tutmuş, məişət texnikası, mebel, ev tekstili və təmir-tikinti avadanlıqlarına qədər – Xankəndində həyatın tam bərpası üçün lazım olan hər şey yerindəcə təqdim olunacaq.

Üstəlik, Xankəndi “Kontakt”ın  Qarabağa dair ilk addımı deyil. Şəbəkə artıq 3 ildən çoxdur ki, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrinə onlayn məhsul çatdırılmasını uğurla həyata keçirir. Xankəndidə açılacaq yeni mağaza isə bu prosesin növbəti mərhələsidir – xidmət birbaşa fiziki mağaza konsepti ilə təqdim olunacaq.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir “Qarabağ Proqramı” çərçivəsində ardıcıl olaraq vətənpərvərlik layihələri həyata keçirir. Şəhid ailələri və qazilərlə bağlı təşəbbüslər və bölgələrin inkişafına yönəlmiş addımlar proqramın əsas istiqamətləri sırasında yer alır. Xankəndidə açılacaq yeni mağaza da həmin yanaşmanın davamı olaraq həm bölgədə geniş iş yerləri yaradır, həm də əhalinin gündəlik ehtiyaclarının rahat qarşılanmasını təmin edir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 İyun 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri