Konteyner gəmisində yanğın: 3 gündür söndürə bilmirlər
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Hindistan sahillərində alovlanan “Wan Hai 503” konteyner gəmisindəki yanğını üçüncü gündür ki, söndürmək mümkün olmayıb.
Axar.az xəbər verir ki, bu barədə “The Maritime Executive” məlumat yayıb.
Bildirilib ki, yanğınla mübarizədə nəticə əldə olunsa da, göyərtədəki yanacağın (2 min tona yaxın mazut və 240 ton dizel yanacağı var) alov alması təhlükəsi hələ də mövcuddur.
Hindistan Sahil Mühafizəsi yanğın sahəsinin təxminən 40%-nin nəzarət altında olduğunu bildirib.
Xilasedicilər qrupu ilk dəfə gəmiyə qalxmağı bacarıb və onu təhlükəsiz yerə yedəkləmək üçün hazırlıqlara başlayıb.
Qeyd edək ki, Sinqapur bayrağı altında üzən gəmi təhlükəli yükü olan 157 konteyner daşıyırmış.
Yanğın konteynerlərdə baş vermiş partlayışdan qaynaqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 İyun 2025 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















