Könül Xasıyavadan tənqidlərə CAVAB: Danışdıqlarımı danışmışam…
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Son günlər Azərbaycanın Xalq artisti Könül Xasıyeva ilə bağlı tənqidi fikirlər dolaşmaqdadır. Xalq artistini bəzən açıq-saçıq lətifələr, maraqlı və maraqlı olduğu qədər də qeyri-etik zarafatlar etməkdə qınayırlar.
Məsələn, bugünlərdə “Tik-tok” sosial platformasında paylaşılan videoda Könül Xasıyeva qeyd edir ki, mərhum Xalq artisti Arif Babayev gənc xanəndələrdən birinin ifasını dinləyir. Gənc xanəndə mahnının sözlərini yanlış - “Gəlmişəm otağına, oyadam səni, qaragiləm” əvəzinə “Gəlmişəm yatağına, oyadam səni, qaragiləm” ifa edir. A.Babayev onun ifasını yarımçıq dayandıraraq qeyd edir:
- Bala, birinci otağa gir, sonra yatağa girərsən".
Bu cür lətifəyə çevrilmiş zarafatlar artıq sosial plaformalarda davamlı palyaşılır və bu üzdən Könül Xasıyeva ciddi atəşinə tutulur.
Bəs Xalq artisti bu tənqidlərə necə yanaşır?
Könül Xasıyeva Bakıvaxtı.az-a açıqlamasında səsləndirilən qınaqlardan xəbərdar olduğunu deyib:
“Tənqidlərə cavab vermək istəmirəm. 60 yaşım var, danışdıqlarımı danışmışam”.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 01 İyul 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















