Icma.az
close
up
RU
“Könül Xasıyevaya kim ixtiyar verib ki...” Prodüsserdən sərt açıqlama

“Könül Xasıyevaya kim ixtiyar verib ki...” Prodüsserdən sərt açıqlama

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda bütün ölkə iki qrupa bölünüb. İnsanlar çaşqınlıq içindədirlər. Ziyalılar baş verənlərə təəccüblənir, şoka düşür, savadsız və qeyri-peşəkar insanlar isə buna sevinirlər. İstəyirəm, fikrimi hər iki tərəfdən izah edim ki, insanlar nə demək istədiyimi düzgün başa düşsünlər”.

Bunu “Yeni Sabah”a prodüser Sultan Mustafayev deyib. O bildirib ki, Könül Xasıyeva xalqdan, xüsusilə də muğamsevərlərdən üzr istəməlidir:

“Musiqi sahəsindəki ziyalılar və peşəkarlar niyə şokdadırlar? Söhbət musiqiçilərdən gedir. Azərbaycan Respublikasının Xalq artisti fəxri adını dövlətin, cənab Prezidentin imzaladığı sənəd əsasında almış bir sənətkar bu gün gedib pivəxanada muğam oxuyur, təsnif və “Segah” ifa edir. Halbuki həmin məkan ucuz musiqilərin, əyləncənin və içki məclislərinin təşkil olunduğu yerdir. Hələ də baş verənlərin şokundayam və fikrimi ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm. Məişət texnikası

Könül Xasıyevaya bir sual vermək lazımdır: Könül xanım, sizə kim ixtiyar verib ki, Azərbaycan muğamını bu vəziyyətə salırsınız? Bəli, xalq sizi sevə bilərdi. Amma bu hadisədən sonra inanıram ki, sizi sevənlərin 50, bəlkə də 60-70 faizi artıq əvvəlki münasibətdə deyil. Şəxsən mən bir vətəndaş kimi, prodüserliyimi bir kənara qoyaraq soruşuram: sizə kim ixtiyar verib ki, Azərbaycan muğamını, xalqımızın mədəniyyət incisini belə bir məkanda təmsil edirsiniz? Bu, muğam sənətinə hörmətsizlikdir.

Bəs xaricdə yaşayan azərbaycanlılar? Onlar illərlə, aylarla əziyyət çəkir, Azərbaycan musiqisini dünyada tanıtmaq üçün təbliğat aparırlar. Mən də həmin insanlardan biriyəm. Bu, onlara qarşı hörmətsizlikdir. Xalq artisti olmağınız o demək deyil ki, istədiyinizi edə bilərsiniz”.

S. Mustafayev bildirib ki, Könül Xasıyevanın belə bir addım atacağını heç vaxt düşünməzdi:

“Mən buradan bir vətəndaş kimi Könül Xasıyevaya səslənirəm: sizə bu ixtiyarı kim verib? Üstəlik, ayın 24-də yenidən həmin məkanda çıxış edəcəyiniz bildirilir. Bu, daha da təəccüblüdür. Pivəxana musiqi və muğam təbliğatı üçün uyğun məkan deyil. İnsanlar ora əylənmək, içki içmək və vaxt keçirmək üçün gedirlər. Belə bir məkanda milli musiqimizin hansı şəkildə təqdim olunduğu ciddi suallar doğurur.

Dövlətimiz muğamın təbliği üçün bu qədər iş görür, Mədəniyyət Nazirliyi müxtəlif layihələr həyata keçirir. Buradan mədəniyyət naziri Adil Kərimova da səslənirəm: niyə bu məsələni nəzarətə götürmürsünüz? Könül Xasıyevanı dəvət edib bu addımının səbəbini soruşmaq lazımdır. İnsan ilk növbədə özünə və daşıdığı fəxri ada hörmət etməlidir.

Mən Könül Xasıyevanın belə bir addım atacağını heç vaxt düşünməzdim. Onu sənətkar, ustad hesab edirdim. Çox təəssüf. Bu hadisədən sonra onun sənətinə münasibətim dəyişib”.

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Noyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri