Icma.az
close
up
RU
Könüllülük: gənclərin inkişaf məktəbi

Könüllülük: gənclərin inkişaf məktəbi

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Müasir dövrdə könüllülük əhatə dairəsi getdikcə genişlənən mühüm ictimai fəaliyyət istiqamətlərindən birinə çevrilib. Dünyanın bir çox ölkəsində olduğu kimi,  Azərbaycanda da könüllülük hərəkatı son illərdə sürətlə inkişaf edərək gənclərin ictimai fəallığının artırılmasında mühüm rol oynayır. Müxtəlif sosial, mədəni, humanitar və ekoloji layihələrdə iştirak edən könüllülər həm cəmiyyətə fayda verir, həm də şəxsi inkişaf imkanları qazanırlar. 

Azərbaycanda könüllülük hərəkatının inkişafı dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin mühüm istiqamətlərindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər İli” elan olunub. Bu addım könüllülük fəaliyyətinin cəmiyyət həyatındakı əhəmiyyətinin və gənclərin inkişafındakı rolunun dövlət səviyyəsində yüksək qiymətləndirildiyinin təsdiqidir. 

Bu gün minlərlə gənc müxtəlif dövlət qurumlarında, beynəlxalq tədbirlərdə, forumlarda, sosial layihələrdə və xeyriyyə aksiyalarında könüllü kimi iştirak edir. Bu fəaliyyət onların təşkilatçılıq, liderlik, komanda ilə işləmək və ünsiyyət bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bu bacarıqlar isə gənclərə gələcək karyera yolunda üstünlüklər qazandırır və rəqabətdə onları önə çıxarır. Əksər hallarda  işəgötürənlər könüllülük təcrübəsini namizədin aktivliyinin və sosial məsuliyyətinin göstəricisi kimi qiymətləndirirlər. 

Könüllülük eyni zamanda cəmiyyətdə həmrəylik və sosial məsuliyyət hissinin güclənməsinə xidmət edir. İnsanlar bu fəaliyyət vasitəsilə müxtəlif sosial problemlərlə yaxından tanış olur və onların həllinə töhfə verməyə çalışırlar. Bu isə daha fəal və məsuliyyətli vətəndaş cəmiyyətinin formalaşmasına şərait yaradır.  Prezident İlham Əliyev Azərbaycan könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciətində qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlayan könüllülük hərəkatı milli-mənəvi dəyərlərə bağlılığın və Vətənə xidmətin nümunəsinə çevrilib. Bu fikir könüllülüyün təkcə ictimai fəaliyyət deyil, həm də vətəndaş məsuliyyəti və dövlətə xidmət məktəbi olduğunu bir daha göstərir. Nəticə etibarilə, könüllülük gənclərin həm şəxsi, həm də peşəkar inkişafına xidmət edən, eyni zamanda cəmiyyətə mühüm töhfələr verən bir fəaliyyətdir. Ona görə də könüllülüyə vaxt itkisi kimi deyil, gələcəyə yatırılan dəyərli investisiya kimi baxmaq daha doğru olardı. 

Fidan Cəfərova,

Bakı Dövlət Universitetinin tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 İyun 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri