Icma.az
close
up
RU
Gəncliyin yeni inkişaf modeli könüllülük

Gəncliyin yeni inkişaf modeli könüllülük

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT Baş Assambleyasının 1985-ci il 17 dekabr tarixində qəbul olunan qətnaməsi əsasında hər il 5 dekabr dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Bu gün dünyanın bir parçası olan Azərbaycanda da qeyd olunur. Qeyd olunan günün böyük anlamı var. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. "Könüllü" termininin etimologiyasına nəzər salsaq görərik ki, bu söz öz ilk dəfə 1600-cı illərdə istifadə olunub. "Hərbi xidmət üçün özünü təqdim edən" mənasını daşıyır.

Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Eyni zamanda, bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olunmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 9 iyun 2009-cu ildə "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanunun məqsədi hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunun qəbul edilməsi Azərbaycan könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Vətəndaşın, cəmiyyətin və dövlətin fəaliyyətini təcəssüm etdirən könüllülük gənclər siyasətinin əsas istiqamətlərindəndir.

Əlbəttə ki, müasir dövrümüzdə vətənpərvər Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfəsini verir. Bu gün Azərbaycan gəncliyi ona göstərilən diqqətin fərqindədir və gənclik ona olan etimadı hər zaman doğrultmaq üçün bütün potensalından maksimum dərəcədə istifadə edir. Millətin mövcudluğunda, dövlətin tərəqqisində, dünyada nüfuz qazanmasında əlbəttə ki, vətəpərvər gəncliyinrolunu xüsusi olaraq qeyd etməliyik.

BEYNƏLXALQ VƏ QİTƏ MİQYASLI TƏDBİRLƏRDƏ KÖNÜLLÜLƏRİN FƏALLIĞI

Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi. Əlbəttə ki, müasir dövrümüzdə ölkəmizin demək olar ki, hər bir yerində könüllü gənclərin də payı var. Azərbaycanda həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasını özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək, həmrəylik kimi dəyərlər aşılamış olur. Qeyd edək ki, 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər ili" elan edilmişdir. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Ölkəmizdə keçirilən Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Hazırda ölkəmizdə yürüdülən gənclər siyasətinin mərkəzində gənclərin maraqları, onların potensiallarının artırılması, cəmiyyətə yararlı vətəndaş kimi yetişmələri dayanır.

COP29 könüllüləri bu tədbirdə də fəallıq göstərdi. COP29 könüllüsü olmaq iqlim konfransının bir hissəsi olmaq, mehriban və dinamik komandaya qoşulmaq üçün bir fürsət imkanı yaratdı.

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamını xatırlatmaq yerinə düşər. Ulu Öndər deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında xidmət etməkdir. Bəli, vətəni qorumaq, onun müdafiəsində durmaqdan şərəfli bir iş yoxdur. Bizi bir millət olaraq yaşadan Vətənimizdir, Vətən torpağıdır. Onun üzərinə axıdılan igid vətən oğullarının qanıdır. Hər bir vətən oğlunun yolu Azərbaycan Silahlı Qüvvələrindən – vətənə xidmətdən keçir, ərənlik və kişilik məktəbindən. Bu gün Azərbaycan Ordusunun hərbi hissələrində vətənpərvərlik, yüksək ruh hakimdir.

"MİNLƏRLƏ KÖNÜLLÜ 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ ZAMANI AZƏRBAYCANA MÜQƏDDƏS ÖVLADLIQ BORCUNU ŞƏRƏFLƏ YERİNƏ YETİRMİŞDİR"

2020-ci il Vətən müharibəsində Azərbaycanın vətənpərvər oğulları könüllülüyün daha bir bariz nümunəsini əməldə ifadə etdilər. Ali Baş Komandanın ətrafında sıx birləşərək, Vətən müharibəsində iştirak etməyə qərər verdilər. İsrarlı olaraq, torpaqlarımızı müdafiə etməyə qalxdılar. Vətənin müdafiəsinə qalxan oğullar erməniyə dərs vermək, işğal altında olan torpaqlarımızı azad etmək uğrunda könüllü olaraq orduda xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verdilər. Yaşından asılı olmayaraq, hər kəs müsəlləh əsgərə çevrildi. Sağlam düşüncəli gənclərimiz könüllü olaraq ön cəbhəyə yola düşdülər. Vətənin müdafiəsində dayandılar. Heç şübhəsiz ki, öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük əsasında cəmiyyət, vətən naminə təmənnasız işlərin görülməsi dayanır. "Ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Könüllülərin sosial sahədə, ictimai xidmətlər sektorunda töhfəsi aydın hiss olunur. Onlar cəmiyyətin maraqları naminə təmənnasız fəaliyyət göstərərək müxtəlif mədəni tədbirlərin, idman yarışlarının, ekoloji və sosial aksiyaların, təbliğat və maarifləndirmə kampaniyalarının uğurla keçirilməsində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında yaxından iştirak edirlər. Minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirmişdir", - deyə Prezident bildirib.

ÜMUMMİLLİ HƏRƏKATA ÇEVRİLƏN KÖNÜLLÜLÜK

Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərin həyat tərzinə çevrilib. "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Ölkəmizdə mərkəzi icra hakimiyyəti orqanı və bütün yerli icra hakimiyyəti orqanları yanında könüllü qrupları yaradılıb. Belə ki, bu gün ölkəmizdə "Gənc Könüllülər", "RİİB Könüllüləri", "BİR Tələbə-Könüllülər", "Aqrar İnkişaf Könüllüləri", "KOB Könüllüləri", "Miqrasiya Könüllüləri", "Ədliyyə könüllüləri" və s. qurumlarda müxtəlif könüllülər təşkilatları uğurla fəaliyyət göstərirlər.

Eyni zamanda, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı yaradıldı. "ASAN xidmət" mərkəzləri yarandığı gündən könüllülərin fəaliyyətindən geniş istifadə olunur. Könüllülər "ASAN xidmət"in ayrılmaz tərkib hissəsinə çevrilib.

Onlar yüzlərlə fərqli layihələr həyata keçiriblər, müxtəlif təlim və treninqlərə cəlb ediliblər. 2013-cü il dekabrın 19-da "ASAN Könüllülərinin I Qurultayı" keçirilib. Əlbəttə ki, keçirilən tədbirlər ölkəmizdə vüsət almış gənclər siyasətinin tərkib hissəsidir. "Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır", - deyən Prezident bildirib ki, xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesinə gənclər öz töhfələrini verirlər.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see449

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see232

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see203

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see194

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see193

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see193

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see189

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see187

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see187

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see185

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see184

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see184

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see184

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see176

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see174

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see173

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see173

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see170

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see168

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri