Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Könüllülük yüksək ictimai fəaliyyətdir

Könüllülük yüksək ictimai fəaliyyətdir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belə xidmət insana özünüifadə imkanı və nüfuz qazandırır

Könüllülük önəmli vətəndaşlıq borcu olaraq, bir insan üçün ayrılan vaxtdan, göstərilən diqqətdən başlayır. Kimsə xidmət pəncərəsinə yaxınlaşanda onu qarşılamaq, yol göstərmək, sənədin məzmununu anlamağa kömək etmək ilk baxışdan yüngül bir iş kimi görünə bilər. Amma məhz bu kiçik addımlar vətəndaşın dövlət xidmətindən razı qalmasına, xidmətin daha əlçatan olmasına şərait yaradır. “Könüllü DOST” proqramı ictimai fayda ilə şəxsi inkişafı birləşdirən bu yanaşma əsasında formalaşıb.

Sosial xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu əsas meyarlardan biridir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST Agentliyi məhz bu məqsədə - xidmətlərin vahid platformadan, “bir pəncərə”dən şəffaf və operativ təqdim olunmasına xidmət edir. Bu modelin işləməsində peşəkar kadrlarla yanaşı, könüllülərin də rolu xüsusi yer tutur.

DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova hesab edir ki, könüllülüyün ən böyük üstünlüyü ictimai fayda ilə şəxsi inkişafı eyni müstəvidə birləşdirməsidir:

– “Könüllü DOST” proqramına yanaşmamızın əsasında mühüm bir prinsip dayanır: könüllü yalnız yardım göstərən deyil, həm də öyrənən, təcrübə qazanan və inkişaf edən fərddir. Bizim üçün hər bir könüllünün fəaliyyət zamanı məsuliyyəti hiss etməsi, vətəndaşla ünsiyyətin əhəmiyyətini və gördüyü işin konkret bir insanın həyatında yaratdığı müsbət təsiri hiss etməsi vacibdir. İnanırıq ki, bu təcrübə onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacaq. Çünki burada bilik və bacarıqlar qazanmaqla yanaşı, insanlarla düzgün ünsiyyət qurmaq, empatiya göstərmək, təşəbbüskarlıq kimi keyfiyyətlər də formalaşır. Eyni zamanda, proqram müxtəlif yaş qruplarını, fərqli dünyagörüşləri və maraqları ortaq dəyərlər ətrafında birləşdirir.

Gənclərin yaşlı nəslin biliklərini öyrənmək istəyi, media və rəqəmsal sahələrə maraq proqramda müxtəlif fəaliyyət imkanları ilə qarşılanır. Ötən dövr ərzində proqrama 9 minə yaxın könüllünün cəlb olunması onun əhatə dairəsini və cəmiyyətdə yaratdığı marağı göstərir.

Fərqli imkanlar, vahid məqsəd

“Könüllü DOST” proqramı 7 altproqramı özündə birləşdirir. Altproqramlar müxtəlif iştirakçı qruplarını və fəaliyyət sahələrini əhatə edir. Ortaq məqsəd insanların bilik və bacarıqlarını cəmiyyət üçün faydalı işə istiqamətləndirməkdir.

“Gənc DOST” 16-29 yaşlı gənclərin ilk işgüzar vərdişlərini məhz vətəndaşla ünsiyyətdə qazanması üçün yaradılıb. Mərkəzlərdə vətəndaş axınının idarə olunması, məlumatlandırma, sənədlərin izahı kimi işlər gənclərə təkcə xidmət qaydalarını deyil, həm də səbrlə dinləməyi, izah etməyi öyrədir.

“Gümüşü DOST” isə nəsillərarası körpü rolunu oynayır. Pensiya yaşına çatmış şəxslərin cəmiyyətə reinteqrasiyası, asudə vaxtının səmərəli təşkili və təcrübəsinin bölüşülməsi bu altproqramın əsas məqsədidir. Burada gənc könüllülər yaşlı nəslin bilik və həyat təcrübəsindən öyrənmək imkanı qazanırlar. “İnklüziv DOST” altproqramında iştirak edən könüllülər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə müraciət edən benefisiarlara xidmət göstərirlər. Bu fəaliyyət onların təcrübə qazanmasına, fərdi inkişafına və gələcək karyerasına hazırlığına yönəlib. Könüllülər benefisiarlarla birbaşa ünsiyyət qurur, onların fərqli ehtiyaclarını daha yaxından tanıyırlar.

İctimai faydalı fəaliyyətə qoşulmaq üçün hər zaman müəyyən məkanda olmaq tələb edilmir. “Distant DOST” altproqramı müxtəlif sahələr üzrə hazırlanan mikrolayihələrin tapşırıqlarını onlayn qaydada yerinə yetirmək imkanı verir. “Korporativ DOST” isə təşkilatlarla əməkdaşlığı nəzərdə tutur. Altproqram sosial məsuliyyət çərçivəsində birgə fəaliyyət göstərməkdə maraqlı olan özəl, ictimai, dövlət və digər təşkilatları əhatə edir.

Leyla Hüseynovanın sözlərinə görə, istər fərdi iştirak, istər distant fəaliyyət, istərsə də korporativ tərəfdaşlıq olsun, hər kəs öz imkan və bacarıqlarına uyğun şəkildə bu prosesə qoşula bilər. Əsas məsələ könüllünün hansı istiqamətdə fəaliyyət göstərməsi deyil, ortaq dəyərləri bölüşməsi və cəmiyyət qarşısında məsuliyyət hiss etməsidir. Əgər insan bu dəyərləri mənimsəyirsə, o, könüllülük mədəniyyətini yalnız DOST mərkəzində deyil, gündəlik həyatında da yaşadır.

Proqram media və rəqəmsal istiqamətləri də əhatə edir. “TeleDOST” könüllüləri DOST TV-nin gündəlik işinə cəlb olunur, xəbər xülasələrinin hazırlanmasında, verilişlərin təşkilində, vətəndaş müraciətlərinin araşdırılmasında iştirak edirlər. “DigiDOST” isə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyətinə uyğun olaraq rəqəmsal savadlılığın artırılması, məlumat bazaları ilə iş və proseslərin təkmilləşdirilməsi kimi sahələri əhatə edir.

Artıq 3-cü aydır “TeleDOST” altproqramında fəaliyyət göstərən könüllü Gülçin Abdullayeva qazandığı təcrübənin onun peşəkar baxışını dəyişdiyini bildirdi:

– Əvvəllər televiziya işini daha çox kameranın qarşısında baş verən proses kimi təsəvvür edirdim. Burada isə anladım ki, işin əsas hissəsi məlumatın araşdırılmasında, dəqiqliyin yoxlanılmasında, vətəndaş müraciətinin mahiyyətinin düzgün müəyyən edilməsindədir. Bu təcrübə mənə jurnalistika ilə yanaşı, daha vacib bir keyfiyyəti – məsuliyyətli olmağı öyrətdi.

DOST modeli əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 164 xidmətin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsinə imkan verir. “Könüllü DOST”da gənclər təcrübə qazanır, yaşlı nəslin nümayəndələri biliklərini bölüşür, digərləri isə media, rəqəmsal layihələr və məsafədən fəaliyyət vasitəsilə ictimai faydalı işə qoşulurlar. Müxtəlif fəaliyyət istiqamətləri onlara həm insanlara kömək göstərmək, həm də bacarıqlarını inkişaf etdirmək imkanı verir. Vətəndaşa dəstək göstərən insan özü də öyrənir, məsuliyyət qazanır və gələcək fəaliyyətə hazırlaşır.

Mustafa KAMAL
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri