Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

“Konyaspor”un Bakıdakı məktəbinin təsisçisi: “Məqsədimiz Türkiyəyə futbolçu göndərməkdir” MÜSAHİBƏ

“Konyaspor”un Bakıdakı məktəbinin təsisçisi: “Məqsədimiz Türkiyəyə futbolçu göndərməkdir” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Məktəbimizdə 100-dən çox uşaq var. Müxtəlif yaş qrupları üzrə məşqlər hər gün keçirilir”.

Bunu “Konyaspor” klubunun Bakıda fəaliyyət göstərən futbol məktəbinin təsisçisi Nihad Ələsgərov AZƏRTAC-a müsahibəsində deyib.

O, futbol məktəbinin fəaliyyəti, planları və hədəflərindən danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Özünüz haqda məlumat verərdiniz...

- Türkiyənin İstanbul şəhərində yaşamışam. Orada “Kuştepe” və “Beşiktaş”ın aşağı yaş qrupları üzrə komandalarında futbol oynamışam. Zədələndikdən sonra futbolçu karyerama son qoydum. Həmin dövrdə bir neçə serialın çəkilişlərində iştirak etdim. Daha sonra Türkiyədə məşqçilik fəaliyyətinə başladım. Azərbaycana isə 2020-ci ildə gəlmişəm və o vaxtdan məşqçilik fəaliyyətimi burada davam etdirirəm.

- Futbol məktəbini yaratmaq təşəbbüsü necə yarandı?

- Türkiyədə futbol adamları ilə tanışlıq imkanları qazanmışam. Oradakı komandalardan “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” ilə dostluq və əməkdaşlıq əlaqələrim var. Bu yaxınlarda bir neçə oyunçumuzu seçmələr üçün Türkiyəyə göndərmişəm. Azərbaycanda futbol məktəbi açmaq barədə 3-4 ay əvvəl düşünmüşdüm. Konya şəhərinin insanlarının qonaqpərvərliyi və oradakı “Konyaspor” akademiyasının şəraiti mənə böyük təsir göstərmişdi. 2014-cü ildə Konya Stadionu dünyanın beş ən yaxşı arenası sırasına daxil edilmişdi. Bütün bunlar mənim üçün böyük ilham mənbəyi oldu. Klub rəsmiləri ilə əlaqə saxladıq və bizi yüksək səviyyədə qarşıladılar.

- Hazırda məktəbdə neçə uşaq məşq edir?

- Məktəbimizdə 100-dən çox uşaq var. Müxtəlif yaş qrupları üzrə məşqlər hər gün keçirilir.

- Məktəblə bağlı gələcəkdə hansı işləri görməyi hədəfləyirsiniz?

- Əsas məqsədimiz burada yetişən oyunçuları qardaş ölkəyə göndərməkdir. Rəsmi futbol məktəbimiz və müəyyən sistemimiz var. Yerli futbolçular üçün Türkiyəyə açılan futbol qapısı yaradırıq. Əlaqələrimiz vasitəsilə istedadlı oyunçuları Türkiyəyə yollayaraq orada transfer imkanları yaratmaq mümkündür.

- Gələcəkdə “Konyaspor”la futbolçu mübadiləsi nəzərdə tutulubmu?

- Hazırda belə planımız yoxdur. Uşaq futbolunda bəzi problemlərimiz mövcuddur. Bəzi oyunçular fiziki cəhətdən geri qalırlar. Türkiyə futbolunun bizdən daha üstün olduğunu demirəm, amma bəzi sahələrdə irəlidədirlər. Azərbaycanda stadion problemi də var. Məqsədimiz oradan deyil, buradan Türkiyəyə oyunçu göndərməkdir. Hər bir oyunçunun potensialını diqqətlə qiymətləndirir və onu Türkiyədəki futbolçularla müqayisə edirəm. Bu, burada yaxşı oynayan futbolçunun orada da yüksək səviyyədə oynayacağı anlamına gəlmir. Buna görə oyunçuları diqqətlə analiz edirik.

- Yanvarın 19-dan 23-dək Konya şəhərində keçiriləcək turnirdə iştirak edəcəksiniz. Qarşıda başqa hansı turnirlər var?

- Mart ayında da bir turnirə qatıla bilərik. Amma hələ dəqiqləşməyib. İlk növbədə Türkiyədəki turnirlərdə iştirak edəcəyik, daha sonra isə digər imkanlar və planlar barədə danışacağıq.

- “Konyaspor”un əsas komandasını Bakıya gətirmək fikriniz var?

- Məktəbimizin açılışı 2-3 ay öncə olmuşdu və həmin vaxt klubun direktoru burada idi. Bu ay Konyaya səfərimiz zamanı bizə əsas komandanın imzalı formalarını hədiyyə etdilər. Onları Bakıya dəvət etməyi planlaşdırırıq. Qəbul etsələr, çox gözəl olar.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri