Kopenhagen lə oyunda məhz bu məqam həlledici olacaq Qarabağ ın sabiq hücumçusu
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Kopenhagen" yüksək oyun intizamına malik komandadır. "Qarabağ" bu qarşılaşmada uğur qazanmaq üçün çox diqqətli olmalıdır".
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.
Hazırda 2-ci Liqada mübarizə aparan "Şəmkir"i çalışdıran Nadirov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində bu gün baş tutacaq "Kopenhagen" - "Qarabağ" matçı ərəfəsində "köhlən atlar"ın şanslarını dəyərləndirib: "Danimarka təmsilçisi daha çox 4-4-2 düzümünə güvənir. Amma başqa varianta da üstünlük verə bilərlər. Bakıdakı qarşılaşmada necə oynayacaqlarını heç birimiz dəqiq bilmirik. Rəqib müdafiədə risksiz oynayır. Yəni böyük qüvvə ilə irəli atılan kollektiv deyil. Daha çox kəsərli əks-hücumlardan istifadə edirlər. Hər iki cinahda sürətli futbolçuları var. Oyunlar zamanı cərimə meydançasına cinahlardan asmalar edir, başla qollar vurmağa çalışırlar ki, bu da onlarda yaxşı alınır. Məncə, şanslar 50-nin 50-yədir. "Qarabağ" "Benfika" ilə matçın 30-cu dəqiqəsindən sonra oynadığı futbolu bu görüşdə də sərgiləsə, uğurlu nəticə əldə edə bilər. Əminəm ki, "Kopenhagen" nə qədər diqqətli müdafiə olunsa da, komandamızın qol vəziyyətləri olacaq. Bu vəziyyətlərdən lazımınca faydalanmalıyıq. "Kopenhagen"lə oyunda məhz bu məqam həlledici olacaq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 01 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















