Icma.az
close
up
RU
Koronavirusun qənimi möcüzəvi BİYAN KÖKÜ VİDEO

Koronavirusun qənimi möcüzəvi BİYAN KÖKÜ VİDEO

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanlar biyan kökünün faydalı xüsusiyyətlərini qədim zamanlardan istifadə edirdi.

5 min il bundan əvvəl yazılmış qədim Çin kitablarında biyan kökünün faydası və müalicə zamanı istifadəsi haqqında məlumatlar var. Yeri gəlmişkən Cin səhiyyə komitəsi biyan kökünü digər müalicəvi vasitələrlə yanaşı dünyada tüğyan edən koronavirusun müalicəsində istifadə etməyi tövsiyə edir. 

Tibetdə yaşayan təbiblər uzun illər bundan əvvəl biyan kökünün köməyi ilə öskürək, ağ ciyər iltihabları, soyuqdəymə xəstəlikləri, qanazlığı, həzm sistemi, qara ciyər, sidik yolları xəstəliklərini müalicə edirdilər. Dahi Avisenna biyan kökünü ağ ciyər xəstəlikləri, sidik kisəsi, soyuqdəymə xəstəlikləri zamanı istifadə edirdi. Qədim zamanlarda belə hesab olunurdu ki, biyan kökü insanın ömrünü uzadır, orqanizmi cavanlaşdırır.

Saglamolun.az bildirir ki, biyan kökü indi də həm xalq təbabətində, həm də ənənəvi tibdə geniş istifadə olunur. Biyan kökü müxtəlif immunitet möhkəmləndirən, sakitləşdirici preparatların tərkibinə daxil edilir.

- Biyan kökünün əsas faydası onun insanın immun sisteminə olan müsbət təsiridir. Biyan kökü immun sistemini stimullaşdırır, möhkəmləndirir ki, orqanizm infeksiya, virus və iltihabla daha asan və tez mübarizə aparır. Pediatrlar soyuqdəymə və virus xəstəlikləri zamanı uşaqlara tez-tez biyan kökü siropunu təyin edirlər.

Biyan kökündən immuniteti möhkəmləndirən xüsusi çay hazırlamaq olar. Bu çaydan xüsusilə qrip və s. virusların epidemiyaları zamanı istifadə etmək yaxşıdır. 1 çay qaşığı biyan kökü 1 fincan qaynar suda dəmlənilir, soyudulur, 1 çay qaşığı bal əlavə olunur. Bu faydalı çayı gündə 1 dəfə içmək olar.

- Spazmolitik (spazmaları aradan qaldıran) təsirə malik olan biyan kökü qarın və baş ağrıları, qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı ağrıları azaldır. Bunun üçün 1 xörək qaşığı biyan kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

- Belə hesab olunur ki, biyan kökü şişəleyhinə təsirə malikdir.

- Güclü iltihabəleyhinə təsirə görə biyan kökü müxtəlif iltihablar zamanı köməkçi vasitə kimi istifadə olunur.

- Biyan kökü sidik kisəsi və sidik yolları iltihabları zamanı iltihabəleyhinə və sidkiqovucu vasitə kimi istifadə olunur.

- Biyan kökü həmçinin mikrob əleyhinə və spazmolitik təsir edir. Bu səbəbdən biyan kökü həzm sistemi xəstəlikləri (xüsusilə mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi) zamanı istifadə olunur.

- Biyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunmasını asanlaşdırır.

- Biyan kökü insanın sinir sisteminə də çox müsbət təsir edir - sakitləşdirir, stres və depressiya ilə mübarizədə kömək edir, yorğunluğu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Biyan kökü bəzi xəstəliklər və pozulmalar zamanı (hipertoniya, şəkərli diabet, bəzi ürək və qara ciyər xəstəlikləri və s.) istifadə olunmur. Bu səbəbdən bu vasitədən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri