Körpə uşağı var, evini xilas edək” Hüseyn Məhəmmədoğludan özünə qəsd edən ifaçı ilə bağlı çağırış
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qoşanağara ifaçısı İlham Razinin ailəsinə dəstək olmaq üçün Azərbaycan musiqiçilərinə çağırış edib.
Musavat.com bildirir ki, Hüseyn Məhəmmədoğlu ifaçının külli miqdarda borcu olduğu üçün canına qəsd etdiyini deyib. Onun sözlərinə görə, borclar qaytarılmasa, banklar ifaçının ailəsini yaşadığı evdən çıxara bilər:
"Uşaqları, körpə uşağı var. Ona görə də bütün Azərbaycan musiqiçiləri bir olmalıyıq və bu məsələni birlikdə həll etməliyik. Mən bütün bölgələrdəki musiqiçiləri – Gəncədə, Şəmkirdə, Lənkəranda və Azərbaycanın hər yerində olan bütün musiqiçiləri oktyabrın 26-da, saat 14:00-da Kürdəxanıda yerləşən Kürdəxanı şadlıq evinə dəvət edirəm.
Orada xeyriyyə tədbiri keçiriləcək. Biz hamımız pul toplayıb onun ailəsinə göndərməliyik ki, ailəsini bu bəladan qurtaraq.
Hesab edin ki, özümə ad günü keçirirəm və sizi qonaq çağırıram”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 Oktyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















