Paşinyan Ermənistanı Aİ də görür
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəkdə Avropa İttifaqına (Aİ) üzv olacağına ümid etdiyini bildirib.
Gununsesi.info xəbər verilir ki, N.Paşinyan bu fikirləri Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı səsləndirib.
“Ermənistanı 20 ildən sonra harada görürəm? Ermənistanı Avropa İttifaqının tərkibində görürəm”, – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. 2026-cı ilin mayında isə İrəvanda Ermənistan–Aİ tarixində ilk sammit keçirilib və yekunda 44 bənddən ibarət birgə bəyannamə imzalanıb.
N.Paşinyan daha əvvəl Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciət prosesinə başlayacağını və bundan sonra məsələ ilə bağlı referendum keçirilə biləcəyini bəyan etmişdi. O, ölkəsinin eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmasının mümkün olmadığını da diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Noyabr 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















