Körpə və uşaqlarda həddindən artıq tərləmə: nə zaman narahat olmaq lazımdır? Həkimdən AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Valideynlər tez-tez övladlarında müşahidə olunan həddindən artıq tərləmə ilə bağlı narahatlıq keçirirlər. Xüsusilə körpə və azyaşlı uşaqlarda bu hal ailələri düşündürür və onları bir sıra suallar qarşısında qoyur: Bu normaldır, yoxsa hər hansı sağlamlıq probleminin əlamətidir? D vitamini çatışmazlığı tərləməyə səbəb ola bilərmi?
Təəssüf ki, bəzi valideynlər internetdə qarşılaşdıqları qeyri-dəqiq və etibarsız məlumatlar səbəbindən daha da təşvişə düşür və övladlarında ciddi xəstəlik olduğuna inanmağa başlayırlar. Halbuki bu kimi hallara peşəkar tibbi yanaşma və düzgün maarifləndirmə ilə aydınlıq gətirmək mümkündür.
Pediatr-infeksionist Həmid Hacıağayev Redaktor.az-a bildirdi ki, tərləmə normal fizioloji prosesdir və uşaqların bədənini həddindən artıq qızmadan qoruyan mühüm mexanizmdir:
"Körpə uşaqlarda termorequlyasiya mərkəzləri hələ tam formalaşmayıb. Buna görə də südəmər uşaqlar ana südü əmərkən belə tərləyə bilərlər. Bu heç də patologiyanın əlaməti deyil. Bir qədər böyük uşaqlar da fiziki aktivlik zamanı, ətraf mühitin temperaturu yüksək olduqda və ya otaqda rütubət dəyişdikdə tərləyə bilərlər. Bəzi uşaqlar digərlərinə nisbətən daha çox tərləyə bilər ki, bu, onların fərdi fiziki xüsusiyyətləri ilə bağlıdır. Bu hallara görə təşvişə düşmək lazım deyil".
Pediatr əlavə etdi ki, bəzi xəstəliklər zamanı aşırı tərləmə müşahidə oluna bilər:
"Məsələn, D vitamini çatışmazlığı güclü tərləməyə səbəb ola bilər. Eyni zamanda qalxanabənzər vəzin bəzi patologiyaları və dərinin müəyyən autoimmun xəstəlikləri də aşırı tərləməyə gətirib çıxara bilər. Buna görə uşaqların vaxtında pediatr müayinəsindən keçməsi, zəruri hallarda laborator və instrumental diaqnostik müayinələrin aparılması vacibdir. Ən əsası isə yersiz və qeyri-peşəkar fikirlərə aldanmamaq və mütəxəssis rəyinə üstünlük verməkdir".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 19 Yanvar 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















