Icma.az
close
up
RU
Körpəyə neçə aylığından su verilməlidir?

Körpəyə neçə aylığından su verilməlidir?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Körpə dünyaya gəldikdən sonra valideynləri narahat edən əsas məsələlərdən biri də onların qidalanmasdır.

Süni qidalarla qidalandırılan uşaqlar üçün suyun vacib olduğunu hesab edən valideynlər ana südü ilə qidalanan körpələri sudan məhrum edirlər. Əslində bütün dünyada pediatrlar ana südü ilə qidalanan körpələr üçün suyun elə də vacib olmadığı qənaətindədirlər.

Körpənin qəbul etdiyi süddə qida ilə yanaşı suyun miqdarının da kifayət qədər olduğunu deyən pediatrlar ilk 6 ay sudan, ümumiyyətlə, imtinanı məsləhət görürlər. Maraqlı haldır ki, bütün pediatrlar bu fikirdə deyil. Onların içində susuz həyatın olmadığına inanan və ilk gündən körpəyə su verilməsinin vacib olduğunu deyənlər də var.

Uşaqlara əlavə qidalar verilənə qədər onlar qidanı yalnız maye şəklində alırlar. Ya ana südü, ya da onu əvəz edən adaptasiya olunmuş süni qida şəklində. Əksər hallarda bu qidalarda olan mayenin miqdarı uşağın suya olan tələblərini təmin edə bilir və uşaq əlavə olaraq su içmək istəmir. Əsasən bu, yalnız ana südü ilə qidalanan uşaqlara aiddir. Süni südlə qidalandırılan körpələrə su vermək lazımdır. Ancaq bəzi hallarda hətta yalnız ana südü ilə qidalanan uşaqda suya tələbat yarana bilər.

Pediatr Xatirə İsayevanın sözlərinə görə, ana südü ilə qidalanan körpələrin suya ehtiyacı olur. Əgər ehtiyac yoxdursa, heç bir mayeni körpəyə məcbur vermək mümkün deyil: "Əgər uşaq təbii ana südü ilə qidalandırılırsa, ananın südü müəyyən fərdi xüsusiyyətlərə də malik ola bilər. Məsələn, nisbətən yağlı və ya şirin ola bilər ki, bunun da nəticəsində uşaqda yanğı hissiyyatı yarana bilər. El arasında "qınında yanmaq" kimi bir ifadə var. Yanğısı olub su içməyən uşaqlar belə uşaqlara çevrilir. Arıqlayır, sısqa olur. Çünki bədən maye tələbatını ödəyə bilmir. İnsan quruyur" deyən həmsöhbətimiz, ümumiyyətlə, "ilk 6 ay körpəyə su verilməməlidir" fikrini absurd sayır. "Sudan çıxan canlını sudan qorumaq nə dərəcə düzgündür? Bütün pediatrlar su olmaz deyə bilər, amma səbəbini deyən yoxdur. Su həyatdır. Xüsusən yeni doğulmuş uşaqlar üçün vacibdir".

Pediatr bildirib ki, xüsusən yay aylarına düşən körpələr daim tərlədiyi halda onların suya ehtiyacı daha da artır. Susuz qalan bədəndə qəbizlik və ya tam əksinə ishal, istilik yaranır ki, bunun da qarşısını yalnız suyla almaq mümkündür. Bəzən aclıq və ya köpdən əziyyətin olduğunu bilən valideynlər susuzluğun da əziyyət olduğunu unudurlar: "Çobanyastığı, şüyüd, razyana, cirə, nanə və bu kimi otlardan hazırlanan xüsusi uşaq çayları var ki, bu çaylar da uşaqda susuzluğun qarşısını ala bilir. Çaylar nəinki yanğı hissiyyatını aradan götürür, onlar həmçinin müalicəvi-profilaktik təsir də göstərir. Spazm və sancıları aradan qaldırır, bağırsaq qazlarının və nəcis ifrazının xaric olmasını asanlaşdırır, İmmuniteti yüksəldir, sinir sistemini sakitləşdirir".

Pediatr, uzman həkim Nuranə Məmmədəliyeva isə körpələrə suyun verilməsinin qəti əleyhinədir. Dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı 0-6 ay arası uşaqların necə qidalandırılması haqqında məlumatda bildirir ki, 6 ayını keçməyən uşaqlara qətiyyən su verilməməlidir. Ana südünün tərkibində olan su və minerallar körpənin hər ehtiyacını ödədiyindən əlavə verilən su körpəni yükləmiş olur. Hər 2 saatdan bir qidalanmalı olan körpə su sayəsində bu rejimdən də olur: "Əlavə süni qida yeyən körpələrə də əslində su verilməməlidir. Məsələn, körpəyə 60 ml qida verilirsə, nəzərə almaq lazımdır ki, bu 60 ml qidanın 50 ml-i su təşkil edir. Nadir hallarda süni qidan yeyən uşaqlar su üçün ağlayır ki, belə uşaqlarda da su ehtiyacı daha çox olur. Ana südü yeyən uşaqlar isə ümumiyyətlə, su ehtiyacı hiss etmirlər. Çağaya vaxtından əvvəl su vermək onda su zəhərlənməsi adlanan hiper hidrotasiya yaradır. Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir" deyən həkim körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyac olmadığını bildirir.

Onun sözlərinə görə, körpəyə veriləcək hər hansı ot dəmləmələri belə həkim məsləhəti olmadan verilməməlidir. Müsahibimiz yalnız 6 ay tamamlandııqdan sonra damcı ilə suya başlamağı məsləhət görür. "İndi təhlükəlisi odur ki, analar nəinki su, hətta əlavə qidaları belə 3 ayından verməyə başlayırlar. Suyun verilməməsini məsləhət görürük, amma analar artıq 4-cü aya keçəndə şirələr verməyə başlayır. Bu, vaxtından əvvəl körpənin mədəsinin zədələnməsinə səbəb olur".

Susuzluqdan əziyyət çəkən insanlara belə təmiz adi su içilməsi məsləhət görülmür. Tərkibində qlükoza və mineral olmayan adi sular orqanizmə xeyir etmir, sadəcə susuzluğun qarşısını alır. Ana südündə isə mineral maddələr və laktoza olduğundan körpə üçün ideal içki sayıla bilər. Yalnız uşaqların hərarəti olduğu zaman, eyni zamanda bağırsaq pozğunluqları zamanı əlavə suyun verilməsi həkim məsləhəti ilə mümkündür.

Ekspress.az

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see350

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see320

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see290

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see228

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see214

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see208

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see200

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see190

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see184

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see163

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see160

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see159

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see159

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see158

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see157

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see154

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see148

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see147

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri