Icma.az
close
up
RU
Korrupsiya risklərində bunlar nəzərə alınacaq

Korrupsiya risklərində bunlar nəzərə alınacaq

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, sənədə “Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi” adlı 8-1-ci maddə əlavə edilir.

Layihəyə görə, orqanın (qurumun) rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edir. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər. Orqanda (qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın (qurumun) rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.

Qanun layihəsinə əsasən, korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkən aşağıdakı məlumatlar nəzərə alınır:

- hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri;

- korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılan araşdırmaların nəticələri;

- mediada, həmçinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan informasiya və korrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olan digər məlumatlar;

- orqanın (qurumun) fəaliyyətini tənzimləyən hüquqi aktlar;

- orqanın (qurumun) fəaliyyəti üçün xarakterik olan, mütəmadi olaraq baş verən korrupsiyaya şərait yaradan hallar;

- orqanın (qurumun) fəaliyyətinə dair inzibati məhkəmə icraatında baxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla bağlı müvafiq qərarlar.

Sənəd layihəsinə görə, korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdim edilməlidir.

Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır.

Komissiya bu Qanunun 8-1.4-cü maddəsinə uyğun olaraq ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri