Ermənistanda nəhəng korrupsiya işi
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Korrupsiyaya qarşı mübarizə məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Artur Gevorkyan və onun həyat yoldaşı Anna Qasparyanın (keçmiş polis rəisi Vladimir Qasparyanın qızı) 668 milyon dramdan çox (1,7 milyon dollar) müsadirə edilməsinə qərar verib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, məhkəmə bu məbləğdə olan əmlakı qanunsuz əldə edilmiş hesab edib.
Gevorkyan 1996-1999-cu illərdə İrəvanın Davidaşen bələdiyyəsinin rəhbəri, sonra isə parlamentin üzvü ("Çiçəklənən Ermənistan" partiyasından) Ruben Gevorkyanın qardaşı oğludur. 2008-12-ci illərdə kiçik Gevorkyan özü Davidaşen bələdiyyəsinə (sonralar inzibati rayon) rəhbərlik edib, sonra isə 2012-18-ci illərdə Ermənistan Respublika Partiyasından deputat seçilib.
O, Beynəlxalq dərəcəli idman ustası, 1998-ci il boks üzrə Avropa çempionatının bürünc mükafatçısı, Atlanta (1996) və Sidney (2000) Olimpiya Oyunlarının iştirakçısıdır. Sonralar siyasi vəzifələrlə paralel olaraq bir neçə il respublikanın Boks Federasiyasına rəhbərlik edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 03 Yanvar 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















