Kortda tarix yazdı, dünyaya nümunə oldu: Türk tennisçidən unudulmaz an FOTO/VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli tennisçi Zeynəb Sönməz mövsümün ilk “Böyük dəbilqə” turnirində tarixi uğura imza atıb.
İdman.Biz xəbər verir ki, Zeynəb Sönməz Avstraliya Açıq turnirində tək qadınlar yarışında matç qazanan ilk türk qadın tennisçi olub. O, ilk turda rusiyalı Yekaterina Aleksandrovanı 2:1 hesabı ilə məğlub edərək adını ikinci tura yazdırıb.
Türk tennisçi ikinci turda Macarıstan təmsilçisi Anna Bondar ilə ABŞ-dan Elizabet Mandlik arasındakı cütün qalibi ilə qarşılaşacaq.
Zeynəb Sönməz bu matçda yalnız idman nəticəsi ilə deyil, davranışı ilə də diqqət çəkib. Qarşılaşma zamanı yüksək temperatur səbəbindən top toplayıcı uşaqlardan biri özünü pis hiss edib. Vəziyyəti görən Zeynəb dərhal uşağın yanına gedərək ona kömək edib və meydança kənarına qədər müşayiət edib. Oyuna qısa fasilə verilib, tribunalardan isə tennisçinin bu hərəkəti alqışlarla qarşılanıb.
Zeynəb Sönməzin bu davranışı dünya mediasında da geniş işıqlandırılıb və onun idmanda fair-play nümunəsi göstərdiyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 18 Yanvar 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















