Icma.az
close
up
RU
Kosmetoloq işləyən şəxs Rusiya casusu çıxdı, 2 nəfər isə... VİDEO

Kosmetoloq işləyən şəxs Rusiya casusu çıxdı, 2 nəfər isə... VİDEO

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyada laboratoriyada texnik, gözəllik mütəxəssisi və rəssam kimi fəaliyyət göstərən 3 müxtəlif şəxsin casus olduğu üzə çıxıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, laboratoriya texniki Katrin İvanova (33), kosmetoloq Vanya Qaberova (30) və rəssam və dekorator Tihomir İvançev (39) Moskvanın dəstəklədiyi casusluq şəbəkəsinin üzvü olmaqda təqsirli biliniblər.

Məhkəmənin məlumatına görə, casusluq şəbəkəsini avstriyalı iş adamı Yan Marsalek idarə edib. 2020-ci ildə böyük bir fırıldaqla Rusiyaya qaçan Marsalekin Avropa daxilində müxtəlif izləmə və təxribat fəaliyyətləri həyata keçirdiyi iddia edilib.

Məlumata görə, şübhəlilər Kremlin düşmən hesab etdiyi araşdırmaçı jurnalist Xristo Qrozevə qarşı müşahidə əməliyyatlarında iştirak ediblər.

Müttəhimlərə Almaniyanın Ştutqart şəhərində ABŞ hərbi bazasında təlim keçən ukraynalı əsgərlərin mobil telefon nömrələrini ələ keçirmək tapşırılıb.

İngiltərənin Norfolk şəhərindəki köhnə qonaq evi casusluq fəaliyyətinin mərkəzi kimi istifadə olunurdu. Buradan yüz minlərlə funt-sterlinq dəyərində müşahidə və elektron avadanlıq tapılıb.

Casus şəbəkəsi uzun müddət Britaniya təhlükəsizlik qüvvələri tərəfindən izlənilib. MI5 və terrorla mübarizə bölmələri 2023-cü ilin fevralında əməliyyat keçirərək şübhəliləri həbs ediblər. Məhkəmədə təqdim edilən dəlillərə görə, dəstənin başçısı Orlin Russev birbaşa Marsaleklə əlaqə saxlayaraq ondan təlimat alıb. Aşkarlanan 78 747 Telegram mesajı casusluq əməliyyatlarının miqyasını ortaya qoyub.

Əməliyyat zamanı casusluq şəbəkəsinə aid 221 mobil telefon, 495 sim kart, 258 sərt disk, 55 müşahidə kamerası və 75 saxta şəxsiyyət vəsiqəsi ələ keçirilib. 
Üç müttəhim Britaniyanın 1911-ci il tarixli Rəsmi Sirlər Qanununa əsasən casusluqda ittiham olunub. Bu cinayətə görə maksimum cəza 14 il həbsdir. Hakim mayın 7-12-də yekun qərar verilənə qədər müttəhimlərin həbsdə saxlanmasına qərar verib.

Britaniya rəsmiləri bildiriblər ki, Kremlin Avropada casusluq fəaliyyəti davam edir, lakin əsasən cinayət şəbəkələri və aşağı səviyyəli agentlər vasitəsilə həyata keçirilir.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Mart 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri