Icma.az
close
up
RU
Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi istiqamətində tədqiqatlar aparılır

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi istiqamətində tədqiqatlar aparılır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Seminarda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev ali təhsil müəssisələrində elmi tədqiqatların çəkisinin artırılması, alim və müəllim əməyinin stimullaşdırılması, eləcə də universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi istiqamətində nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Akademik R.Əliquliyev vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin ölkədə elm və təhsilin inteqrasiyası istiqamətində aparılan siyasətin başlıca məqsədlərindən biri elmi potensialın tədris prosesində daha səmərəli istifadəsini təmin etmək, eyni zamanda, təhsil müəssisələrində formalaşan innovativ ideya və texnologiyaların elmi-tədqiqat institutlarında tətbiq səviyyəsini yüksəltməkdir.

Baş direktor bu baxımdan İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış “Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında” anlaşma memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Alim memorandum çərçivəsində hər iki qurumun qarşısında mühüm vəzifələrin dayandığını, bir sıra istiqamətlər üzrə ortaq elmi-tədqiqat layihələrinin icrasının nəzərdə tutulduğunu söyləyib.

Akademik R.Əliquliyev bildirib ki, bu təşəbbüslərin davamı olaraq AzTU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında şəbəkə texnologiyaları problemləri istiqamətində birgə pilot layihənin həyata keçirilməsi planlaşdırılır. Bugünkü seminar çərçivəsində təqdim olunan məruzə də məhz həmin tədqiqatların ilkin elmi müzakirəsi xarakterini daşıyır.

Daha sonra Azərbaycan Texniki Universitetinin Radiotexnika və telekommunikasiya kafedrasının müdiri, professor Mehman Həsənov “Süni intellekt texnologiyalarının tətbiqi ilə dəyişən parametrli azad fəzada intellektual optik şəbəkə modelinin yaradılması” mövzusunda məruzə ilə çıxış edib.

M.Həsənov çıxışında müasir informasiya cəmiyyətində artan trafik tələblərinin qarşılanması üçün azad fəza optik rabitə (Free-Space Optics, FSO) texnologiyasının üstünlükləri və çatışmazlıqları, həmçinin bu sahədə süni intellekt texnologiyalarının tətbiqi imkanları haqqında məlumat verib. O, qeyd edib ki, dəyişkən atmosfer şəraitində sabit və etibarlı rabitə əlaqəsini təmin etmək üçün süni intellektə əsaslanan adaptiv idarəetmə modellərinin qurulması mühüm elmi və praktiki əhəmiyyət kəsb edir.

Məruzəçi tədqiqat işində dəyişkən atmosfer şəraitinə uyğunlaşan ilk tam intellektual FSO şəbəkə modelinin, Möhkəmləndirici Öyrənmə (Reinforcement Learning) metodundan istifadə etməklə real-zamanlı optimal şəbəkə konfiqurasiyasının və onun üzərindən rabitə kanalının avtomatik təyini, o cümlədən proqnozlaşdırma modelləri əsasında proaktiv idarəetmə strategiyasının tətbiqinin təklif edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu yeni yanaşmalar azad kosmik fəzada yerləşən obyektlər arasında rabitənin etibarlılığını artırmaqla yanaşı, 5G/6G texnologiyalarında, şəhər və çətin relyefli ərazilərdə, habelə fəlakət zonalarında və s. sürətli rabitə infrastrukturunun yaradılmasına imkan verir.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Akademik Rasim Əliquliyev çıxışında mövzunun aktuallığını önə çəkib. Alim rabitə sistemlərinin intellektuallaşdırılmasında və yeni nəsil şəbəkələrin qurulmasında süni intellekt texnologiyalarının əhəmiyyətli rola malik olduğunu qeyd edib, bu istiqamətdə aparılan tədqiqatların milli innovasiya ekosistemi üçün önəmini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri