Icma.az
close
up
RU
Kosmik orbitin Yerə düşməsi təhlükəlidirmi İtki ola bilərmi?

Kosmik orbitin Yerə düşməsi təhlükəlidirmi İtki ola bilərmi?

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Yaxın günlərdə 1972-ci ildə buraxılmış sovet peyki "Kosmos-482" Yerə düşəcəyi barədə xəbərdarlıq edilib.

“Medicina” xəbər verir ki, köhnə sovet peyki 50 ildən çoxdur ki, planetimizin ətrafında fırlanır və mayın 9-dan 11-dək Yerə düşəcəyi gözlənilir.

Kosmik gəminin düşdüyü yeri dəqiq proqnozlaşdırmaq mümkün deyil, peykin əhalinin sıx məskunlaşdığı ərazilərə enə bilməsi ehtimalı var.

İstifadə olunmuş kosmos obyektləri Yerə niyə düşür?

500 kiloqramlıq sovet aparatı Yerə düşən kosmik tullantıların və obyektlərin sadəcə bir hissəsidir.

Hər il Yer atmosferinə təxminən 100-150 iri süni obyekt daxil olur ki, onların da əksəriyyəti keçmiş raket qalıqları və uğursuz peyklərdir.

Planetə hər 2-3 gündən bir avtomobil ölçüsündə obyekt düşür;

Həftədə bir dəfə - kiçik bir ev ölçüsündə bir fraqment;

Okeanlara daha çox düşür (bu təəccüblü deyil, çünki Yer səthinin 71%-i su ilə örtülüdür);

Düşmələrin yalnız 0,1%-i məskunlaşan şəhərlərdə baş verir.

Belə düşmə zamanı itki olurmu?

Xeyr, kosmos dövrünün tarixi boyu kosmik obyektlərin düşməsi nəticəsində ciddi xəsarət və ölüm halları qeydə alınmayıb.

Ən çox dağıntılar atmosferdəcə yanıb, bir neçəsi insanların məskunlaşdığı ərazilərə düşüb.

1979-cu ildə Amerikanın Skylab stansiyası (77 ton) planlaşdırılandan başqa yerdə atmosferə daxil oldu.

Okean əvəzinə onun dağıntıları Qərbi Avstraliyada, Esperans şəhəri yaxınlığında düşdü. Yerli sakinlər soyuducu ölçüsündə fraqmentlər aşkar ediblər.

Düşən kosmik obyektlərin yerini proqnozlaşdırmaq niyə çətindir?

Belə bir proqnozun düzgünlüyü aşağıdakı amillərlə məhdudlaşır:

Yer atmosferinin sıxlığı daim dəyişir;

Obyektlər atmosferdəcə məhv edilir və trayektoriya dəyişir;

Onların uçuşuna günəş aktivliyi və maqnit fırtınaları təsir edir


Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 May 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri