Icma.az
close
up
RU
Kosmik partlayışlar qızıl və platin yaradır

Kosmik partlayışlar qızıl və platin yaradır

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Elm adamları kainatda qızıl və platinin yeni mənbəyini tapıblar. Bunu Nyu-York Flatiron İnstitutunun amerikalı alimləri tədqiqatlar zamanı aşkar ediblər.
Reyting.az
xəbər verir ki, tədqiqatların nəticələrinə görə, maqnitarların, son dərəcədə çox güclü maqnit sahələri olan neytron ulduzlarının nadir partlayışları qızıl və platinin əsas mənbəyi kimi yerdə bir çox ağır metalların artmasına səbəb ola bilər.
"The Astrophysical Journal Letters" elmi jurnalındakı məqalədə qeyd olunur ki, maqnitarın qeyri-adi partlayışı ilk dəfə 2004-cü ilin dekabr ayında baş verib və bir neçə saniyə ərzində ulduz günəşin milyon il ərzində buraxdığından daha çox enerji buraxıb. Lakin təxminən 10 dəqiqədən sonra öz pik həddinə çatan zəif siqnalın mənşəyi uzun müddət dünya alimləri tərəfindən izahını tapmayıb.
Yeni tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, məhz elə bu siqnal radioaktiv nüvələrin parçalanması nəticəsində ağır elementlərin əmələ gəlməsini göstərir. Alimlərin fikrincə, partlayış əhəmiyyətli miqdarda qızıl və platin də daxil olmaqla, bu prosesdən sonra Yer kürəsinin kütləsinin üçdə biri qədər ağır, həmçinin qiymətli elementlər əmələ gətirməsi ehtimalı elmi baxımdan daha inandırıcı görsənir.
Alimlər qeyd ediblər ki, son vaxtlara qədər qəbul olunmuş vahid elmi nəzəriyyəyə əsasən kainatdakı belə elementlərin yalnız neytron ulduzlarının birləşməsi nəticəsində əmələ gəlməsi mümkün ola bilərdi. Lakin uzun müddət ötəndən sonra müasir elmə məlum olub ki, alimlərin təsdiqlədiyi kimi, maqnitarlar digər ağır metallar mənbəyinə çevrilir.
Tədqiqatçılar vurğulayırlar ki, kainatda bu cür proseslərin baş verməsi Yer kürəsi üçün daha çox qızıl və platin ehtiyatının artması deməkdir. Ağır elementlər ifrat temperatur və təzyiqlərdə baş verən bir sıra nüvə reaksiyaları adlanan "R" prosesi zamanı əmələ gəlir. Məhz buna görə də, yaxın gələcəkdə dünya elm adamları yeni teleskoplardan, xüsusən də, NASA-nın "Compton Spectrometer", eləcə də super "Imager" cihazlarından istifadə etməklə, belə parıltıları tez-tez müşahidə etməyi planlaşdırırlar. Bu yeni formalaşmış elmi nəzəriyyəni təsdiqləmək üçün kosmik məkandakı parıltı başlayandan sonra ilk 10-15 dəqiqə ərzində tam dəqiqliklə ultrabənövşəyi radiasiyanı qeydə almaq gərəkdir.
Alimlər qeyd ediblər ki, bundan sonra proseslər nəticəsində tədricən yaranan qızılın, platinin Yer kürəsində yerləşən ən əsas mənbələrini axtarmaq lazımdır. Elm adamları tədqiqatları gücləndirməkdən ötrü müxtəlif təyinatlı ən müasir kosmik texnologiyalardan istifadə edəcəklərini bildiriblər.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 May 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri