Ukrayna kosmik qüvvələr yaradır
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin tərkibində kosmik qüvvələrin yaradılması planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna hökumətinin fəaliyyət planında deyilir.
“2025-ci il dekabrın 31-dək müdafiə qüvvələrinin strukturu kosmik qüvvələrin yaradılması ilə əlaqədar yenilənməli, onların fəaliyyət göstərməsi üçün hüquqi və təşkilati əsaslar yaradılmalıdır”, - fəaliyyət planının mətnində deyilir.
Həmçinin fəaliyyət planına görə, Ukrayna Müdafiə Nazirliyi 2030-cu ilə qədər müdafiə məqsədləri üçün milli peyklər, həmçinin hava hücumundan xəbərdarlıq sistemləri və kosmik müşahidə sistemləri almağı planlaşdırır.
Fəaliyyət planı artıq Ali Radaya təqdim olunub və yaxın vaxtlarda baxılması gözlənilir.
Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələrinə silahlı qüvvələrin üç qolu daxildir: quru qoşunları, hava qüvvələri və dəniz qüvvələri.
Bu mövzuda digər xəbərlər:Ukrayna Rusiya müharibəsində qüvvələr nisbəti dəyişir: Ukrayna güclənirmi? ŞƏRH
29 Aprel 2026 17:39
Ukrayna da ballistik raketlər yaradır
23 Noyabr 2024 14:47
Ukrayna yeni qoşun növü yaradır
07 Oktyabr 2025 00:17
Ukrayna Kiberqoşunlar yaradır: Məqsəd nədir?
30 Oktyabr 2025 19:10
Baxış sayı:106
Bu xəbər 23 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















