Kosmonavtam, oksigen almağa pulum yoxdur deyib qadının 11 min manatını ələ keçirdi
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Yaponiyanın Hokkaydo adasında yaşayan yaşlı qadın sosial şəbəkədə tanış olduğu dələduzun qurbanı olub.
Milli.Az xəbər verir ki, bu barədə "Japan Times" məlumat yayıb.
Belə ki, kişi özünü Beynəlxalq Kosmik Stansiyada olan "astronavt" kimi təqdim edib.
İnternet tanışlığı zamanı qadında ona qarşı hisslər yaranandan sonra dələduz vəziyyətinin ağır olduğunu, guya oksigenə ehtiyac duyduğunu bildirib. O, oksigen üçün pul ödəyə bilmədiyini deyərək qadından kömək istəyib. Nəticədə pensiyaçı ona təxminən 1 milyon yen (təqribən 11 min manat) göndərib.
Polis həryerdə dələduzu axtarır. Hüquq-mühafizə orqanları vətəndaşlara xəbərdarlıq edərək bildiriblər: "Əgər sosial şəbəkədə tanış olduğunuz şəxs sizdən pul istəyirsə - bu, mütləq fırıldaqçılıqdır."
Qeyd edək ki, dünyada yaşlı əhalinin sayına görə ikinci yerdə olan Yaponiyada belə hallarla tez-tez rastlaşılır.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















