Icma.az
close
up
RU
Müasir Azərbaycan gənci hansı dilləri bilməlidir?

Müasir Azərbaycan gənci hansı dilləri bilməlidir?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan dili inkişafına görə dünya dilləri içərisində 25-ci yerdədir. Bu sıralamada müəyyən dillərdə danışan xalqların sayı, ədəbiyyatın yaranması, elmin və təhsilin olması, kitab nəşri, mətbuatın olması və s. rol oynayır".
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Kaspi" qəzeti ilə birgə reallaşdırdığı "Məktəbdə" layihəsinin qonağı olan Atatürk Mərkəzinin rəhbəri, akademik, dilçi-alim Nizami Cəfərov şagirdlərlə söhbətində Azərbaycan dili, dövlətimizin dil siyasəti haqqında maraqlı məlumatlar verib.


Bizim.Media  mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Paytaxtdakı 225 nömrəli tam orta məktəbdə keçirilən görüşdə hazırkı gənclik, onların fəaliyyəti, ortaq türk dili, dərsliklərlə bağlı məsələlərə də toxunulub.
"Torpaqlarının qorunması üçün ana dilimiz də mübarizə aparırdı"
N.Cəfərov dilimizin qorunması üçün hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdən danışıb:
"Adi adamlar da bilirlər ki, Prezident İlham Əliyev Qarabağ torpaqlarını işğaldan azad etməkdən ötrü bütün dünya ilə dillə döyüşürdü. 44 gün ərzində dörd dildə bütün dünyaya müraciət etdi. Prezidentimiz dünyaya sübut edirdi ki, ermənilər bizim torpaqlarımızı işğal ediblər. Düzdür, müharibədə ordumuz, diplomatiya silahlarımız da döyüşürdü, amma Vətən torpaqlarının qorunması üçün ana dilimiz də mübarizə aparırdı".
N.Cəfərov deyib ki, hamımız ana dilini əvvəlcə ailədə öyrənirik:
"İndi ailələr hələ yetişməmiş uşaqlarına eyni zamanda rus, ingilis dillərini də öyrədirlər. Düzdür, valideyn heç zaman uşağının pisliyi üçün çalışmaz, amma onu nəzərə almaq lazımdır ki, uşaqlar ilk növbədə ana dilini mənimsəməli, daha sonra başqa xarici dilləri öyrənməlidirlər.
 

Xarici dilləri öyrənəndə fikir vermək lazımdır ki, bu, ana dilinin hesabına olmasın. Ana dili başqa dilləri öyrənməkdən ötrü bizim üçün həmişə bir istinad nöqtəsidir. Ana dili ilə bizim təfəkkürümüz formalaşır.


Məktəbdə öyrənilən ana dili heç bir zaman möhkəmliyini itirmir. İndiki nəsil azərbaycanlılar 3 dili - dövlət dili kimi Azərbaycan dilini, region dili kimi rus dilini, beynəlxalq dil kimi ingilis dilini bilməlidirlər".
"Türkiyə türkcəsi türk xalqları üçün ortaq dil halına gəlməkdədir"
Dilçi alim "Ortaq türk əlifbası" ilə bağlı da məlumat verib:
"Türk Dövlətləri Təşkilatı yaradılıb. Bu təşkilat müstəqil türk dövlətləri arasında mədəni, siyasi və iqtisadi münasibətləri tənzimləyir. Bu müstəqil dövlətlərdən Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistan latın əlifbasına keçiblər.
 

Qazaxıstan və Qırğızıstanda da bu əlifbaya keçidlə bağlı mexanizm hazırlanıb. Dünyanın kiçik xalqları da çalışırlar ki, dilləri dünya səviyyəsinə qalxsın. Bizim dilimiz dünya səviyyəsinə yüksəlib, amma türk dillərinin tərkibində.


Türkiyə türkcəsi də hazırda türk xalqları üçün ortaq dil halına gəlməkdədir və beynəlxalq dil olmaq iddiasındadır. Biz çalışmalıyıq ki, xaricdə yaşayan azərbaycanlılar da dillərini unutmasınlar".
"Orta məktəb dərsliklərində texniki cəhətlərə üstünlük verilir"
Akademik dərsliklərin ictimai müzakirəsi ilə bağlı mövzuya toxunub:
"Mən də bir müddət orta və ali məktəblər üçün ədəbiyyat və Azərbaycan dili dərsliklərinin yazılmasında, proqramların hazırlanmasında iştirak etmişəm. Buna görə bu işin ağırlığını bilirəm. Biz nə qədər çalışsaq da, burada zövq məsələsi var. Çox istərdim ki, orta məktəb dərsliklərini orta məktəb müəllimləri yazsınlar. Özüm də ali məktəb müəllimi kimi orta məktəb üçün dərslik yazanda "bunu orta məktəb uşaqları anlayacaqmı?" deyə daim fikirləşirdim. Ona görə də dərslikləri tez-tez dəyişməyə məcbur idik.
 

İndi başqa bir çətinlik də var: orta məktəb dərsliklərinin yazılmasına nazirlik cavabdeh deyil. İşin strukturu elə qurulub ki, kimsə sabah "dərslikdə bu qüsur var, niyə düzəltmirsiniz" - deyə soruşsa, nazirlik onu düzəltmək səlahiyyətində deyil. Təəssüf ki, orta məktəb dərsliklərində texniki cəhətlərə üstünlük verilir. Yəni kağızı səliqəli olmalı, gözü ağrıtmamalı, şriftlər standartlara cavab verməli və s. Digər tərəfdən, dərsliklər böyük maliyyə vəsaiti hesabına başa gəldiyindən proses tenderlə idarə olunur.


Tenderlərdə də məzmuna baxan olmur. Ona görə də nəşriyyatlar bu məsələdə təşəbbüsü ələ alıblar. Nəticə etibarilə bu cür dərsliklər ortaya çıxıb. Qabaqlar isə dərslikləri komissiyalar hazırlayırdı. Amma onda da səhvlər olurdu".
N.Cəfərov hazırda dərsliklərin çox da faciəvi vəziyyətdə olmadığını da dedi:
"Dərsliklərlə tanışam. Vəziyyət o qədər də bərbad deyil. Bütün dünyada belədir: dərsliklərin alternativi olmalıdır. Fikrimcə, müəllim amili dərslik amilindən üstün olmalıdır. Bu cəhətdən də geriliyimiz var".
"Hazırkı gənclik informasiya selinin içərisindədir"
Qonaq bugünkü gənclikdə xoşagələn və bəyənilməyən xüsusiyyətlərə də toxunub:
"Hazırkı gənclik çox məlumatlıdır, informasiya selinin içərisindədir. Texnoloji imkanlardan istifadə edir, sosial şəbəkələrlə əlaqə yarada bilir. Bugünkü gənclərin bilgisayarda istənilən məlumatları almaq imkanları var, dünyaya açıqdırlar.
 

Bu, sevindiricidir. Amma kitab oxumamaları, bədii ədəbiyyatdan uzaq olmaları, diqqəti daha çox dərsliklərə, hazırlaşdıqları ixtisaslara vermələri xoşagələn deyil. Əvvəlki dövrlərdə şagirdlər 10-11-ci siniflərə qədər bütün tədris materialını mənimsəməyə çalışırdılar. Bizim vaxtımızda repetitorluq yox idi.


Uşaqlar məktəbə gedir və hər şeyi orada öyrənirdilər. Amma indi uşaqlar özləri üçün məktəbdə bir ixtisaslaşma qəbul ediblər və bu istiqamətdə gedirlər".
Akademik test imtahanlarının da problem yaratdığını qeyd etdi:
"Sən hansı fakültəyə daxil olacağını bilmirsən. Bu, istər-istəməz sonrakı təhsil üçün ciddi əngələ çevrilə bilir, əzbərçilik yaradır".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Yanvar 2026 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see225

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri