Icma.az
close
up
RU
Kosmosda çürüyən cəsəddə nə baş verir?

Kosmosda çürüyən cəsəddə nə baş verir?

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Yer orbitində təxminən 3 min ölü peyk və 34 min ədəd kosmik zibil olduğu təxmin edilir. Beləliklə, biz insanlar hara gediriksə, silinməsi çətin olan bir şəkildə izimizi buraxırıq.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nebraska ştatının Omaha şəhərindəki Kreyqton Universitetinin fizika üzrə dosenti Cek Qabit deyir: "Kosmosda zibil problemi daha ciddidir, çünki onun çürüməsi və parçalanması daha çox vaxt aparır və uzun müddət ətrafda qalır".

Bəşəriyyət Aya qayıdıb və Marsı hədəflədikcə, daha çox insan kosmosa getdikcə, orada ölüm ehtimalı artır. Bu, belə bir sualı ağlımıza gətirir: Kosmosdakı cəsədlərə nə olacaq?

Bakteriyalar üzvi materialı parçalamaq üçün lazımdır və bu da çox vaxt oksigen tələb edir. Bəzi bakteriya növləri materialı oksigensiz və ya anaerob yolla parçalaya bilir, lakin bu, adətən baş vermir.

"Ağıl gələn sual budur ki, bu materialda nəyisə parçalamaq üçün kifayət qədər bakteriya varmı", deyə Qabit bildirib.

Kosmosda cəmi üç nəfər ölüb; Corc T. Dobrovolski, Vladislav N. Volkov və Viktor İ. Patsayev. Onların cəsədləri "Soyuz 11"də Yerə qaytarılıb və kosmosda çürüməyiblər. Halbuki onlar cürüsəydi, bədənlərində parçalanmağa imkan verəcək qədər bakteriya ola ola bilərdi. Bununla belə, kosmosda çürümə prosesi yavaş olur, çünki prosesi sürətləndirməyə kömək edəcək oksigen yoxdur və quru hava da çürüməni ləngidir.

Ancaq bir zibil parçası müzakirə mövzusu olduğunda təbii olaraq bakteriya ehtiva etmədiyi üçün çürümə prosesinin başlaması çətin olur. Bir maddə kosmosun vakuumunda üzürsə, aerob və ya oksigen tələb edən parçalanma baş verə bilməz, çünki atmosferdə oksigen çatışmazlığı var.

"Əsasən, çürümə baş versə də, daha yavaş baş verir", detə Qabit bildirib.

Qeyri-üzvi cisimlərin, məsələn, metal parçasının parçalanması kosmosda daha uzun çəkir. Qabit deyir ki, bəzi şeylərin çürüməsi və parçalanması üçün müxtəlif proseslər baş verə bilər, lakin bunların hamısı Yerdəkindən daha yavaş baş verir. Məsələn, kosmosda orbitdə fırlanan bir metal parçası varsa, çürümə prosesi zibilin kosmosda hansı nöqtədə üzməsindən asılı olacaq. Əgər dağıntı Yerlə Beynəlxalq Kosmik Stansiya arasındakı aşağı Yer orbitində olarsa, sürtünmə nəticəsində dağıntılar parçalanır. Sürtünmə olmasa, parçalanma da olmaz.

Dağıntılar saatda təxminən 29.000 kilometr sürətlə Yer ətrafında fırlanır və hava molekullarına elə sürətlə vurur ki, nəticədə parçalanır. Həmçinin həm də dünyanın yaxınına düşə bilər, burada həqiqətən yüksək sürətlə daha sıx bir atmosferə dəyir və daha sürətli yanmağa başlayır. Ancaq Yerdən daha uzaqda zibilləri parçalamaq üçün daha az sürtünmə var.

"Əslində siz təmiz vakuumda olduğunuz üçün obyektə dəyən atomlar yoxdur", deyə Qabit qeyd edib.

Bu nöqtədə cismin çürüməsi, parçalanması üçün günəşdən gələn radiasiya, ondan sovrulan günəş küləyinin hissəcikləri və bəlkə də bəzi kiçik meteorların dəfələrlə dağıntılara dəyməsi qalır, lakin bunların bir şeyi parçalaması üçün minlərlə il lazımdır. Və dərin kosmosa çatdıqdan sonra proses daha da yavaşlayır. Çünki indi günəşdən daha uzaqdasınız və bu da günəş radiasiyasını zəiflədir.

Nəticədə, kosmosda geridə qoyduğumuz (və ya bəlkə də önümüzdə) 34 min obyektin çoxu, çox güman ki, uzun illər orada qalacaq. Kosmosa səyahət edən bizlər üçün isə çürümə prosesi uzun sürəcək. Kosmik zibilləri minimuma endirmək yaxşıdır. Əks halda, kosmos tezliklə tam bir qarışıqlığa çevriləcək və bu zibillərdən biri ilə toqquşmaq çox asan olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri