Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

​Kosmosda yeni həyat: Su olma ehtimalı olan Yer kəşf edildi

​Kosmosda yeni həyat: Su olma ehtimalı olan Yer kəşf edildi

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Alimlər Günəş sisteminə yaxın məsafədə yerləşən və həyat üçün əlverişli şəraitə malik ola biləcək yeni super-Yer tipli ekzoplanet aşkarlayıblar. Cəmi 25 işıq ili uzaqlıqda yerləşən GJ 3378b adlı planetdə maye suyun mövcud ola biləcəyi ehtimal edilir.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, aAstronomların əldə etdiyi yeni müşahidələrə əsasən, planet GJ 3378 adlı qırmızı cırtdan ulduzun ətrafında dövr edir. Aparılan dəqiq ölçmələr göstərib ki, GJ 3378b əvvəlki qiymətləndirmələrdən daha çox Yerə bənzəyən xüsusiyyətlərə malikdir.

Mütəxəssislər bildirirlər ki, Süd Yolunun təxminən 100 min işıq ili enində olduğu nəzərə alınarsa, 25 işıq ili məsafədə yerləşən bu planet astronomik baxımdan Yerin "kosmik qonşusu" hesab olunur.

Planet Yer kürəsindən böyük olsa da, qalın qaz təbəqəsinə malik nəhəng qaz planetləri qədər böyük deyil. Buna görə də o, qayalı səthə malik ola biləcək "super-Yer" sinfinə aid edilir.

Kaliforniya Universitetinin astronomu Pol Robertsonun rəhbərlik etdiyi tədqiqat qrupu hesab edir ki, GJ 3378b Günəş sisteminin yaxınlığında indiyədək aşkar edilmiş Yerə ən çox bənzəyən ekzoplanetlərdən biri ola bilər.

Alimlər kainatda həyat axtararkən ilk növbədə planetin ulduzuna olan məsafəsini qiymətləndirirlər. Bu məsafə "yaşana bilən zona" adlandırılır. Planet ulduzuna həddindən artıq yaxın olduqda su buxarlanır, çox uzaqda olduqda isə donur.

Yeni orbital hesablamalar göstərir ki, GJ 3378b öz ulduzu ətrafında tam dövrünü 21,4 günə başa vurur və yaşana bilən zonanın mərkəzində yerləşir.

Planetin dövr etdiyi qırmızı cırtdan ulduz Günəşdən daha soyuq və zəif işıq saçdığı üçün yaşana bilən zona ulduza daha yaxın məsafədə formalaşır. Alimlərin hesablamalarına görə, GJ 3378b-nin aldığı radiasiya Yerin Günəşdən aldığı enerjinin təxminən 90 faizinə bərabərdir ki, bu da həyat üçün əlverişli şərait yarada bilər.

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri planetin kütləsinin yenidən hesablanması olub. Əvvəlki müşahidələrdə GJ 3378b-nin Yerin 5,3 qatı kütləsinə malik olduğu düşünülürdü. Lakin daha dəqiq ölçmələr nəticəsində bu göstərici 2,3 Yer kütləsinə qədər azaldılıb.

Astronomların fikrincə, 5 Yer kütləsindən böyük planetlər adətən Neptun tipli qaz nəhənglərinə çevrilir. Kütlənin 2,3 Yer kütləsi olaraq müəyyənləşdirilməsi isə GJ 3378b-nin qaz planeti deyil, Yer kimi qayalı səthə malik olma ehtimalını xeyli artırır.

Bununla belə, alimlər vurğulayırlar ki, mövcud nəticələr planetdə həyatın mütləq olduğu anlamına gəlmir. Maye suyun uzun müddət mövcudluğu üçün planetin uyğun atmosferə sahib olması vacibdir.

Hazırda GJ 3378b-nin atmosferinin olub-olmadığı məlum deyil. Qırmızı cırtdan ulduzlar tez-tez güclü partlayışlar və radiasiya püskürmələri ilə seçildiyi üçün onların yaxınlığındakı planetlərin atmosferi zamanla məhv ola bilər.

Buna baxmayaraq, son müşahidələr GJ 3378b-ni gələcəkdə güclü teleskoplarla aparılacaq həyat axtarışı missiyalarının əsas hədəflərindən birinə çevirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 İyul 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri