Icma.az
close
up
RU
Kosmosda həyat izləri tapılıbmı?

Kosmosda həyat izləri tapılıbmı?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elm adamları, Yerdən kənarda, uzaq bir planetdə həyatın ən güclü əlamətlərindən birini aşkar etdiklərini açıqladılar. Lakin ekspertlər vurğulayırlar ki, bu kəşf hələlik “həyat tapılıb” demək deyil.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İngilis alimləri "James Webb" Kosmik Teleskopu ilə apardıqları müşahidələr zamanı Yerdən 124 işıq ili uzaqda olan "K2-18b" adlı planetin atmosferində bəzi kimyəvi izlər aşkar ediblər. Bu izlər arasında əsas dimetil sulfid (DMS) və bəlkə də dimetil disulfiddir (DMDS). Bu iki molekul Yerdə yalnız okeanlardakı mikroskopik orqanizmlər tərəfindən istehsal olunur.

Kembric Universitetinin professoru Dr. Nikku Madhusudhanın rəhbərlik etdiyi qrup deyir ki, bu kimyəvi maddələrin mövcudluğu planetdə bioloji aktivliyin ola biləcəyini göstərir.

Araşdırmalara görə, "K2-18b" tamamilə okeanla örtülmüş səthə və hidrogenlə zəngin atmosferə malik ola bilər. Alimlər belə planetləri "Hycean Earths" adlandırırlar. Planet həm də ulduzundan uzaqlığına görə yaşayış zonasındadır. Başqa sözlə, səthində maye suyun olması ideal temperaturdadır.

"Əvvəllər nəzəri olaraq bu cür planetlərin bol kükürd əsaslı qazlara malik olacağı proqnozlaşdırılırdı. İndi biz onları faktiki olaraq aşkar etdik", - deyə Madhusudhan bildirib.

Əldə edilən məlumatlar ümidverici olsa da, alimlər ehtiyatlıdırlar. Bu molekulların həyatdan asılı olmayan kimyəvi proseslər nəticəsində əmələ gəlməsi ehtimalı da istisna edilmir.

Tədqiqatçılar bildirirlər ki, "Webb" teleskopu ilə 16-24 saat ərzində yeni müşahidələr aparılarsa, daha dəqiq nəticələr əldə etmək olar. Professor: "Elmdə irəliləyiş yalnız şübhə ilə yanaşmaq və təkrar-təkrar sınaqdan keçirməklə mümkündür", - deyib.

Astrofizik Sara Siqer bu planetin quruluşu ilə bağlı müxtəlif fikirlərin olduğunu bildirir. Bəziləri planetin okeanlarla örtüldüyünü iddia edərkən, digər tədqiqatçılar bunun isti, ərimiş qaya təbəqələri ilə örtülmüş mini-Neptun ola biləcəyini düşünürlər.

"Bu tapıntı həyəcan vericidir, lakin bu, həyatın əlaməti olaraq qalır. Qəti nəticə əldə etmək üçün illər lazım ola bilər", - deyə Seager qeyd edib.

Alimlər hesablayıblar ki, "K2-18b"də DMS və DMDS nisbəti Yerdəki təbii səviyyələrdən minlərlə dəfə yüksək ola bilər. Ancaq bu molekulların həqiqətən var olub olmadığını anlamaq üçün müstəqil komandalar eyni məlumatlarla işləməli və nəticələri təsdiqləməlidirlər.

Tədqiqatçılar həmçinin bu molekulların atmosferdə mövcud olduğu təqdirdə birlikdə əmələ gəlməsi gözlənilən digər qazların, məsələn etan (C2H6) aşkarlana bilməməsini də sual işarəsi hesab edirlər.

Tədqiqat hazırda üç siqma səviyyəsindədir, yəni nəticənin təsadüf olması ehtimalı azdır.

Prof. Madhusudhan: "Hazırda əldə etdiyimiz məlumatlarla həyatı aşkar edə biləcəyimizi göstərdik. Sual belədir: Biz insanlar Yerdən kənarda tanımadığımız həyatı tapmağa hazırıqmı?", - deyə bildirib. Bunu deməklə o, elmi olduğu kimi, fəlsəfi mübahisəni də gündəmə gətirir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri