Icma.az
close
up
RU
Kosmosdan düşən adam ın inanılmaz hekayəsi

Kosmosdan düşən adam ın inanılmaz hekayəsi

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və Sovet İttifaqı arasındakı kosmik yarışın sürətləndiyi 1960-cı illər bir çox tarixi hadisələrə şahidlik edib. 

AzPost Qaynarinfo-ya istinadla xəbər verir ki, o dövrdə kosmik proqramlarda iştirak edən astronavt və kosmonavtlar ard-arda tarixə adlarını yazdırdılar. Onlardan biri də rus kosmonavt Vladimir Komarov olub. Lakin onun hekayəsi digərləri qədər xoşbəxt sonluqla bitməyib.

Adətən insanın kosmik səyahəti deyildikdə ilk olaraq Yuri Qaqarin və Nil Armstronq kimi adlar xatırlanır. Lakin onlarla eyni dərəcədə əhəmiyyətli olsa da, adını çox az adamın bildiyi bir başqa qəhrəman da var: Vladimir Komarov.

Soldan-sağa: Yuri Qaqarin, Yevgeni Qrunov, Vladimir Komarov, Aleksey Yelisyev və Valeri Bikovski

Komarov 1967-ci ildə, 40 yaşına çatdıqdan bir ay sonra “Soyuz 1” kosmik gəmisində dünya orbitində 24 saatlıq təkbaşına sınaq uçuşu həyata keçirib. Bu, Komarovun ilk kosmik uçuşu olmayıb. O, 1964-cü ildə “Voshod 1” missiyasını uğurla tamamlayıb və buna görə də “Soyuz 1″in test uçuşu üçün əsas namizəd seçilib.

Kosmosda həyatını itirən ilk insan oldu

Əvvəlcə hər şey qaydasında gedir. Lakin Komarov 16 orbit dövrəsini tamamladıqdan sonra Yerə qayıdarkən paraşüt sistemində problem yaranıb. Paraşütün açılmaması nəticəsində Komarovun kapsulu yerə çırpılaraq partlayıb və kosmosda həyata keçirilən bir uçuşda həyatını itirən ilk insan kimi tarixə düşüb.

Aviasiya tarixinə “Kosmosdan düşən adam” kimi düşən Komarovun son anlarında etdiyi danışıqların səs yazıları isə inanılmaz detallar ortaya qoyur. Komarovu daşıyan “Soyuz 1” gəmisinin günəş panellərinin ikisi orbitə yerləşdikdən sonra tam açılmayıb, bu da onun naviqasiya avadanlığını istifadəyə mane olub.

Rabitə əlaqəsi tamamilə kəsilib

Komarov kosmik gəmisini Günəşə yönəltməli idi. Lakin dəfələrlə etdiyi manevrlərə baxmayaraq bunu bacarmayıb.

Üstəlik, “Soyuz 1″dən gələn siqnallar qeyri-dəqiq məlumatlar ötürüb. Nəhayət, bir anda kosmik gəmi ilə Yer arasındakı rabitə əlaqəsi tamamilə kəsilib.

Komarovun “Soyuz 1” gəmisinə minməzdən əvvəl son anları

Bundan sonra Komarova gəmini ion axını sensorlarından istifadə edərək döndərməsi əmri verilib. Lakin bu cəhd də uğursuz olub. Ən pisi isə onun gəmiyə əl ilə nəzarət etmək üçün kifayət qədər vaxtının olmaması olub.

Yer atmosferinə daxil olmağı bacaran Komarov əyləc paraşütünün açılmadığını görüb. O andan etibarən isə onun həyatda qalması demək olar ki, mümkünsüz idi.

Son sözləri Türkiyədəki dinləmə mərkəzində qeydə alındı

“Soyuz 1” nəzarətsiz şəkildə inanılmaz sürətlə yerə doğru hərəkət edirdi. Bu vəziyyətdə Komarovun gəmidən sağ çıxması qeyri-mümkün idi.

Maraqlıdır ki, Komarovun Sovet kosmik proqramının yüksək vəzifəli şəxslərindən biri olan Aleksey Kosıgin ilə etdiyi son söhbət ABŞ-ın Türkiyədə yerləşən dinləmə mərkəzi tərəfindən qeydə alınıb.

2011-ci ildə yayımlanan “Starman” kitabına (Ceymi Doran və Piers Bizoninin əsəri) görə, Komarov Yerə düşərkən “Bu gəmi bir şeytandır! Əlimi vurduğum heç nə düzgün işləmir!” deyə qışqırıb.

Lakin Rusiya Dövlət Arxivlərində olan rəsmi transkriptlərdə Komarovun son sözləri tamamilə fərqli əks olunub. Rəsmi qeydlərə görə, Komarovun Kosıginə dediyi son sözlər bunlar idi:

“Özümü mükəmməl hiss edirəm, hər şey qaydasındadır. Bütün bunları mənə ötürdüyünüz üçün təşəkkür edirəm. Ayrılma həyata keçirildi”.

Daha sonra transkriptdə “Təşəkkürlər. Bunun baş verdiyini hər kəsə danışın” yazılır. Bundan sonrası isə tam başa düşülmür.

Problem əvvəldən bilinirdi

Doran və Bizoninin araşdırmalarına görə, Komarovu daşıyan “Soyuz 1” gəmisində 200-dən çox struktur qüsuru olub. Üstəlik, bu problemlər test uçuşundan əvvəl də məlum imiş. “Soyuz 1″in əvvəlki insansız testləri uğursuzluqla nəticələnmişdi.

Hətta Komarov və onun ehtiyat pilotu Yuri Qaqarin missiyanın təxirə salınmasını tələb etmişdilər, lakin bu müraciət nəticəsiz qalmışdı.

Niyə xilasetmə sistemindən istifadə etmədi?

Komarovun son sözləri ilə bağlı yekdil bir fikir olmasa da, sonrakı hadisələr hamı tərəfindən eyni qaydada qeyd edilir: Komarov Yerə nəzarətsiz şəkildə çırpılıb və 24 aprel 1967-ci ildə baş verən partlayış nəticəsində həyatını itirib.

O dövrün qəzet xəbərlərinə görə, Komarovun bədəni tamamilə yanmışdı və kimliyi yalnız topuq sümüyü vasitəsilə müəyyən edilə bilmişdi. Lakin o gündən bu yana cavabsız qalan ən vacib sual budur: Komarov niyə “Soyuz 1″in xilasetmə sistemindən istifadə edərək kosmik gəmidən çıxmadı?

Komarovun ailəsi dəfn mərasimində kortecin arxasında

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri