Icma.az
close
up
RU
“ “KQB” müstəntiqləri içəridə Nemət üçün sanki bir imtiyazlı şərait yaratmışdı...”

“ “KQB” müstəntiqləri içəridə Nemət üçün sanki bir imtiyazlı şərait yaratmışdı...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yenə deyirəm: mən bu sualların cavabını tapa bilmirəm. Ancaq mənə elə gəlir ki, meydandakı proseslər hardasa bir mərkəzdən idarə olunur və həmin mərkəzə lazım olan istiqamətə yönəldilirdi...”

17 noyabr - 5 dekabr 1988-ci il tarixlərində keçirilmiş məşhur Meydan hərəkatı barədə son yazılarımızdan birinin sonunda belə bir sual vermişdik(burada:):

“Kitabın bu epizodunda diqqəti cəlb edən məqamlardan biri də rayonların partiya komitələrinin 1-ci katiblərinin Meydan üçün yığdıqları pulun Nemət Pənahovun adamına çatdırılmasıydı…Çox maraqlıdır ki, televiziya ilə rəsmi çıxışlarında Meydana toplaşanları ekstremist qüvvələr adlandıran Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərləri nədən bir zavod fəhləsinin yaratdığı fonda rayonlardan, həmçinin idarə, müəssisə, ali məktəb, fabrik, zavodlardan və s. pul toplanmasına imkan verirdi?”

Nemət Pənahlı artıq saytımızda bu suala  cavab verib(burada: ).

Moderator.az-a açıqlamasında Meydan hərəkatının ilk mitinqlərinin təşkilatçısı Ənvər Əliyev isə bu suall belə cavablandırıb:

“Bəli, mənim üçün də maraqlıdır ki, bayırda- mitinqlərdə Nemət sovet-rus imperiyasına, Kommunist partiyasına qarşı alovlu çıxışlar edir, amma rayonlardan, idarələrdən Mərkəzi Komitənin göstərişi ilə yığılan pullar onun meydanda çadırda oturan adamına çatdırılırdı. Hətta həbs edilib istintaqa cəlb olunduqdan sonra da “KQB” müstəntiqləri içəridə Nemət üçün sanki bir üstün, imtiyazlı şərait yaratmışdılar. Onu həbs etməkdə əsas məqsəd o idi ki, onun vasitəsilə istintaqa daha çox adam cəlb etsinlər və bir çox məsələləri açsınlar. Nemətin hətta Moskva ilə də əlaqəsi olub. Sonradan məlum oldu ki, Rafael Allahverdiyevlə Şubanı bağından əlaqə saxlayıb...

Sanki respublika üzrə bütün zavod, fabriklər, təşkilat, idarə və müəssisələr də vahid bir mexanizm kimi meydana işləyirdi: Moskva Bakıda fövqəladə vəziyyət elan edib, ətrafda daxili qoşunlar, tanklar dayanıb, amma hər şey öz qaydasındadır...  Yenə deyirəm: mən bu sualların cavabını tapa bilmirəm. Ancaq mənə elə gəlir ki, meydandakı proseslər hardasa bir mərkəzdən idarə olunur və həmin mərkəzə lazım olan istiqamətə yönəldilirdi. Pul yığılma məsələsi mənim meydanı idarə etdiyim dövrdə olmadığı üçün o barədə çox şeyi bilmirəm...

Onu da deyim ki, istintaq zamanı sanki Nemət özü dindirirdi məni... Üzləşmələr zamanı o məni ittiham edirdi ki, sən hardan bilirdin ki, meydana ərzaq, yemək gətiriləcək. Mən də ona da müstəntiqə də sual edirdim ki, deyin görək, nə vaxtdan- mitinqlərin hansı günündən sonra, kimlər meydanı idarə etməyə başlayandan sonra oraya ərzaq gəlməyə başlayıb. Və meydanda olanda biz məlumat alırdıq ki, bütün bu yardımlar mərkəzləşmiş qaydada, bütün rayon və şəhərlərdən təşkil olunub... 

Bir iş də var ki, istintaq materiallarından bəlli olur ki, Nemət Pənahlı özü mitinqlər vaxtı xalq hərəkatının digər liderləri ilə birgə hökumətlə danışdıqlarını etiraf edir. Onun sözlərinə görə, Mərkəzi Komitədən mitinqlər vaxtı nə kömək lazım olsa, hərtərəfli dəstək verəcəklərini, lazım olan vaxtda milisin də komək edəcəyini bildiriblər. Mən istintaq materiallarının çox hissəsinə baxmışam, Nemət Pənahlının bir neçə yerdə bu cür ifadələri var...”

Qeyd:

Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...

Təqdim etdi: Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri