“Kral klubu” yaşıl işıq yandıra bilər
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın “Milan” klubu Madrid “Real”ının braziliyalı hücumçusu Endriki heyətinə qatmaq üçün növbəti addımı atmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “Corriere dello Sport” nəşri “qırmızı-qaralar”ın 20 yaşlı hücumçunu qış transfer pəncərəsində öz heyətinə cəlb etmək istədiyini yazıb.
Milan təmsilçisi gənc forvardı hələ yay transfer pəncərəsində rənglərinə bağlamağa çalışsa da, “Kral klubu” həmin vaxt təklifi rədd etmişdi. İtalyanlar yanvar ayında danışıqlar masasına yenidən əyləşməyi düşünürlər.
Endrik mövsümün startında “Real”da oyun müddətinin az olmasından narazılıq etmişdi. Son vaxtlar Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti də futbolçunun meydanda müntəzəm olmamasının onun inkişafına mane yaratdığını vurğulayıb.
“Real” rəhbərliyi 20 yaşlı hücumçunu birdəfəlik satmaq niyyətində olmasa da, oyun təcrübəsi qazanması üçün onu icarəyə vermək variantını nəzərdən keçirə bilər.
Baxış sayı:58
Bu xəbər 25 Sentyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















