Kral tarixi uğuru futbolçularla belə qeyd etdi Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Niderland kral ailəsi eyni gündə həm Niderland, həm də Kürasao milli futbol komandasının Dünya Çempionatı oyunlarını stadiondan izləyərək diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, Kral Villem-Aleksandr və Kraliça Maksima günə ABŞ-nin Hyuston şəhərində Niderland milli komandasının İsveç üzərində qələbəsini izləməklə başlayıblar.
Daha sonra isə sürətli uçuşla Kanzas-Sitiyə gedərək Kürasao–Ekvador matçında tribunada yer alıblar.
Kürasao kiçik ada dövləti olmaqla yanaşı, Niderland Krallığının tərkib hissəsidir. Bu səbəbdən kral ailəsi hər iki komandanı dəstəkləyib və fərqli oyunlar üçün narıncı Niderland şərflərini mavi Kürasao atributları ilə dəyişib.
Kral Villem-Aleksandr RTL televiziyasına açıqlamasında bildirib ki, bu DÇ onlar üçün xüsusi əhəmiyyət daşıyır: “İki komandamız var və hər ikisini dəstəkləmək böyük sevincdir. Bu turnir bizim üçün unikal bir təcrübədir”.
Kürasao tərəfdə isə futbolçular kral ailəsinin stadionda olmasının motivasiya yaratdığını bildiriblər.
Niderland kralı və kraliça DÇ-də oyundan sonra komandanın soyunma otağına baş çəkiblər. Kral komanda üzvləri ilə rəqs edərək, sevincini ifadə edib. Kral ailəsinin bu addımı turnirdə diqqət çəkən anlardan birinə çevrilib. Kürasao futbolçuları tarixi nəticəni qeyd edərkən, Niderland kralı və kraliçası onları şəxsən təbrik edib.
Qeyd edək ki, Kürasao bu nəticə ilə DÇ-də ilk xalını qazanaraq tarix yazıb və turnirin ən kiçik iştirakçılarından biri kimi diqqət mərkəzinə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 21 İyun 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















