Icma.az
close
up
RU
Kredit borcları bu halda silinə bilər

Kredit borcları bu halda silinə bilər

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 530,9 milyon manat təşkil edib. Maraqlıdır, vaxtı keçmiş kreditlər hansı halda silinə bilər?

İqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, bazar iqtisadiyyatı prinsipləri çərçivəsində mövcud maliyyə sistemində vaxtı keçmiş kreditlərin silinməsi məsələsi cəmiyyət tərəfindən düzgün qavranılmır.

Onun sözlərinə görə, əslində, özəl sektorun, beynəlxalq maliyyə institutlarının və biznesin cəlb etdiyi vəsaitlərin kredit şəklində verildikdən sonra silinməsi ilə bağlı hər hansı qərarın gözlənilməsi həmin maliyyə institutlarının fəaliyyət səmərəliliyinin azalmasına, defolt riskinin yaranmasına və nəticə etibarilə sistemin əsaslarının zəifləməsinə gətirib çıxara bilər:

“Burada əsas məqam ondan ibarətdir ki, maliyyə institutları – istər kommersiya, istərsə də dövlət bankları kreditləri öz vəsaitlərindən deyil, məhz üçüncü tərəflərdən cəlb etdikləri vəsaitlər hesabına verirlər. Əgər kreditlərin geri qaytarılması ilə bağlı intizam pozularsa və cəmiyyətdə gözlənti yaransa ki, ödənilməyən borclar silinəcək, bu, kütləvi şəkildə öhdəliklərin icra edilməsində intizamsızlığa səbəb ola bilər. Türk iqtisadçıların fikirlərinə görə, məsuliyyətli şəkildə borcunu ödəyən vətəndaşla müqayisədə öhdəliklərini yerinə yetirməyən şəxsin borcunun silinməsi “məsuliyyətli vətəndaşın aldadılması” kimi qəbul olunur. Bu isə gələcəkdə intizamın daha da pozulmasına yol aça bilər”.

R.Həsənov hazırkı şərtlər daxilində bir neçə səbəbdən kredit borclarının silinə biləcəyini söyləyib:

“Bank özü təşəbbüs göstərərək, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müəyyən sosial qruplara münasibətdə borcun silinməsi ilə bağlı qərar qəbul edə bilər. Məsələn, 2020-ci il müharibəsindən sonra şəhid ailələrinin və ya sağlamlığını itirmiş qazilərin borclarının silinməsi buna nümunədir. Bu, bankın özünün maliyyə təhlil edərək hansı səviyyədə güzəştlər verilməsi imkanları daxilində könüllü olaraq borcun silinməsi prosesidir. Bu kateqoriyalar, məsələn, valideynlərini itirmiş şəxslər və ya az gəlirli sosial qruplar üçün də genişləndirilə bilər. Digər halda dövlətin qəbul etdiyi qərarlar nəticəsində kredit qaytarma qabiliyyətini itirmiş şəxslərə münasibətdə dəymiş zərərin aradan qaldırılması məqsədilə borclar silinə bilər. Məsələn, 2015-ci ildən sonra yaranmış devalvasiya nəticəsində valyuta kreditləri kəskin artdı. Bu problemlər əsasən kredit götürənlərin şəxsi fəaliyyətindən asılı olmayan çətinliklər yarandı. Bu halda güzəştli silinmə və öhdəlikdən azadolma mexanizmləri işə salındı. Qanunvericilik də bu istiqamətdə müəyyən əsaslar təqdim edir. Belə ki, dövlət qurumlarının və yerli icra strukturlarının qəbul etdiyi qərarlar nəticəsində vətəndaşlara və sahibkarlara zərər dəydikdə, bu ziyanın kompensasiya olunması nəzərdə tutulur. Məhz bu prinsipə uyğun olaraq 2019-cu ildə müəyyən borcların silinməsi həyata keçirildi və bu proses dövlət büdcəsi hesabına maliyyələşdirildi”.

İqtisadçı qeyd edib ki, ümidsiz borcların silinməsi də mümkündür:

“Əgər kreditin girovu, zəmanətçisi və ya varisi yoxdursa, həmçinin borc sığortalanmayıbsa, müəyyən müddətdən sonra bu borc “ümidsiz aktiv” kimi qəbul edilir və bank tərəfindən silinir. Çünki bu cür borcların aktivlərdə saxlanması bank üçün heç bir iqtisadi fayda daşımır. Ümumilikdə isə qeyd etmək lazımdır ki, sadalanan hallar istisna olmaqla, kreditlərin kütləvi şəkildə silinməsi maliyyə sistemini ciddi şəkildə sarsıda bilər. Maliyyə sistemi isə iqtisadiyyatın əsas kapitallaşdırıcı sütunudur. Bu sahədə intizamın pozulması kredit əlçatanlığını zəiflədə, məcmu tələbin formalaşmasına və nəticə etibarilə iqtisadi artımın, məşğulluğun geriləməsinə gətirib çıxara bilər. Eyni zamanda, borcunu ödəməyən şəxslərin öhdəliklərinin dövlət büdcəsi hesabına, yəni digər vergi ödəyicilərinin pulu ilə qarşılanması mövcud qanunvericiliyə ziddir. Azərbaycanda heç bir səlahiyyətli qurumun belə bir qərar qəbul etmək hüququ yoxdur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Oktyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri